Firdovsi Əliyev (tam adı: Firdovsi Şahmirzə oğlu Əliyev; 5 may 1961, Monidigah, Lerik rayonu) — Samux Rayon İcra Hakimiyyətinin başçısı. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin sabiq müavini.
Firdovsi Əliyev | |
---|---|
Vəzifədədir | |
25 oktyabr 2023-cü ildən | |
Əvvəlki | Alı Qocayev |
21 fevral 2004 – 4 mart 2023 | |
1995 – 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 may 1961 (63 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur.
1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.
1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.
1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
2004–2023-cü illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini çalışıb
2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub[1].
Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib[2].