Şahin Kərim oğlu Məmmədov (1 yanvar 1959, Bərdə) — Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Şahin Məmmədov | |
---|---|
20 noyabr 2019 – 25 iyul 2022 | |
Əvvəlki | Rafil Hüseynov |
Sonrakı | Araz Əhmədov |
26 dekabr 2005 – 20 noyabr 2019 | |
Əvvəlki | Şamil Həsənov |
Sonrakı | Rafil Hüseynov |
Samux Rayon İcra Hakimiyyətinin başçısı | |
17 aprel 2004 – 26 dekabr 2005 | |
Əvvəlki | Arif Ağayev |
Sonrakı | Vilyam Hacıyev |
1992 – 1995 | |
Başçı | Azad Abdıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1959 (65 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Şahin Məmmədov 1959-cu ildə Bərdə şəhərində anadan olub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb. 1975–1983-cü illərdə "Azelektromontaj" idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
1983–1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992–1993-cü illərdə Maliyyə Nazirliyinin "Azəraudit" mərkəzinin Bərdə rayon şöbəsinin rəisi vəzifələrində çalışıb.
1993–1995-ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri işləyib.
1996–2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000–2004-cü illərdə isə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri olmuşdur.
17 aprel 2004-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başcısı, 26 dekabr 2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, 20 noyabr 2019-cu ildə isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
YAP Siyasi Şurasının üzvü olmuşdur.[1]
28 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[2]