Vaqif Həsənov (iqtisadçı)

Vaqif Həsənov (tam adı: Vaqif Muxtar oğlu Həsənov; 7 may 1963, Beyləqan, Azərbaycan SSR) — tanınmış Azərbaycan iqtisadçısı, Azərbaycan Respublikası Hesablama Palatasının Maliyyə və İqtisadiyyat şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının "Dövlət Auditi" ilk ərazi təşkilatının sədri,[1] iqtisad elmləri üzrə fəlsəfə doktoru.[2]

Vaqif Həsənov
Vaqif Həsənov (dövlət xadimi).jpg
Doğum tarixi (59 yaş)
Doğum yeri Beyləqan, Azərbaycan SSR
Vətəndaşlığı  Azərbaycan
Atası Muxtar Həsənov
Milliyyəti Azərbaycanlı
İxtisası İqtisadçı
Təhsili ADİU
Fəaliyyəti Dövlət auditi
Mükafatları "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Vaqif Həsənov 1963-cü il may ayının 7-sində Beyləqan rayonunda anadan olmuşdur.

1984-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

1984-cü ildə "Azərelektromaş" İstehsalat Birliyinin baş mühasibatlığında mühasib işləmişdir.

1984-1986-ci illərdə hərbi xidmətdə olmuşdur.

1986-1990-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin "Bakımühəndistikinti" trestində mühasib, böyük iqtisadçı-maliyyəçi, baş mühasib, 1990-1991-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin Nəzarət-Təftiş İdarəsində birinci dərəcəli nəzarətçi-təftişçi vəzifələrində çalışmışdır.

1991-1995-ci illərdə Bakı şəhər Maliyyə İdarəsində Xalq təsərrüfatının maliyyələşdirilməsi şöbəsinin rəisi, 1995-1997-ci illərdə Bakı Şəhər Maliyyə İdarəsi rəisinin müavini, 1998-2001-ci illərdə Bakı Şəhər Baş Maliyyə İdarəsinin rəisinin birinci müavini-Xəzinə Əməliyyatları İdarəsinin rəisi vəzifələrində işləmişdir.

2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir.

2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yeni müddətə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir.

2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yeni müddətə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir.[3]

Ailəlidir. Üç övladı var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında". 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  2. Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine.
  3. Milli Məclis Hesablama Palatası sədrinin müavini və auditorlarını təsdiqləyib Arxivləşdirilib 2021-10-07 at the Wayback Machine.
  4. Azərbaycan Respublikası Hesablama Palatasınınəməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]