Vaqif Əhməd oğlu Məmmədov - akademik, görkəmli Azərbaycan alimi, texnika elmləri doktoru, maşınqayırma və maşınşünaslıq sahəsində tanınmış alim.
Vaqif Məmmədov | |
---|---|
Vaqif Əhməd oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Bərdə |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Azərbaycan, Bakı |
Vətəndaşlığı | Azərbaycan Respublikası |
Elm sahələri | Maşınqayırma və maşınşünaslıq |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adı | Akademik |
Üzvlüyü |
|
Vaqif Əhməd-oğlu Məmmədov 27 oktyabr 1939-cu ildə Azərbaycan SSR-in Bərdə şəhərində anadan olub.
Akademik Vaqif Məmmədov Kirovobadda Azərbaycan Kənd Təssərüfatı İnstitutunun "Mexanikləşdirmə" fakultəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1962-ci ildə həmin institutda pedaqoji və elmi fəaliyyətə başlayıb. "Maşın və Mexanizmlər" kafedrasında elmi assisent vəzifəsində çalışıb. 1963-cü ilin oktyabr ayında Moskvada, SSRİ Elmlər Akademiyası Maşın şünaslıq İnstitunun Aspiranturasına daxil olaraq, "Maşın və Mexanizmlər" nəzrəriyyəsi üzrə namizədlik dissertasiyası üzərində işə başlayıb. İlk elmi əsəri "Əsas şatunların şarnir mexanizmlərinin sintezi", 1965-ci ildə Moskvada "Analiz i sintez maşin avtomatov" elmi jurnalında dərc olunur. 1966 SSRİ Ali Attaetaiya Komisiyyası V.Məmmədovun namizədlik dissertasiyasını yksək qiymətləndirərək ona texniki elmələr namizədi elmi dərcəsi verir. 1966-ci ildən başlayaraq V.Məmmədovun "Maşınlar və mexanizmlər" nəzriyyəsi ilə bağlı elmi əsərləri SSRİ, Azərbaycan SSR, Ukrayna SSR, Qazaxıstan SSR, Ermənistan SSR, Gürcüstan SSR, o cümlədən İtaliyanın, ABŞ-nin, Almaniya Demokratik Respublikasının, Hindistanın, Türkiyənin, Rumıniyanın. Bolqarıstanın və digər xarici dövlətlərin eli jurnallarında dərc olunmağa başlayır.