Vaqif Piriyev

Vaqif Buduqlu və ya əsl adı ilə Vaqif Ziyəddin oğlu Piriyev (13 sentyabr 1938, Buduq, Quba rayonu25 avqust 2010, Bağbanlı, Quba rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1989), professor, Əməkdar elm xadimi.

Vaqif Buduqlu
Vaqif Ziyəddin oğlu Piriyev
Doğum tarixi 13 sentyabr 1938(1938-09-13)
Doğum yeri
Vəfat tarixi 25 avqust 2010(2010-08-25) (71 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yeri AMEA
Təhsili
Mükafatları "Tərəqqi" medalı
İmza

Vaqif Buduqlu 13 sentyabr 1938-ci ildə Quba rayonunun Buduq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1972-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: "07.00.02 – Vətən tarixi".

2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[1]. 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir.[2] "The Cambridge History of Turkey" əsərində ona istinad edilmişdir.[3] 25 avqust 2010-cu ildə vəfat etmişdir.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130, 11 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərin sayı: 20 Hülakular və Cəlaililər dövlətinin tədqiqi sahəsində 2 kitab və 80-dən artıq elmi məqalə nəşr etmişdir. XIII-XIV əsrlərə dair fars dilli mənbələrin azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş və 5 tərcümə əsəri nəşr olmuşdur. Azərbaycanın orta əsrlər tarixi-coğrafiyası üzrə tədqiqatlar aparmış və bu fənnin tədrisi ilə məşğul olmuşdur. Son illərində əsas diqqətini Naxçıvanın orta əsrlər tarixinin öyrənilməsinə yönəltmiş və bu sahədə 1 kitabça, 10-dan artıq elmi məqalə və "Naxçıvan Ensiklopediyası" üçün 40-a qədər məqələ yazmışdır. Azərbaycan şəhərləri tarixinin tədqiqi ilə məşğul olur.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan hülakular dövlətinin tənəzzülü dövrundə. Bakı, "Elm", 1978, 10, 25 ç.v.
  2. Buduq və buduqlular. Bakı, Sabah, 1994, 6, 5 ç.v.
  3. Azərbaycanın tarixi. 7cilddə. III cild, Bakı, "Elm", 1999, 49 ç.v. (şərikli)
  4. Azərbaycanın tarixi. Ali məktəblər üçün dərslik. Bakı, ADN, 1994, 49 ç.v. (şərikli)
  5. Azərbaycanın tarixi coğrafiyası. Dərs vəsaiti, Bakı, Araz, 2002, 10 ç.v.
  6. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, Sabah, 2003, 30 ç.v.
  7. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, "Müəllim" nəşriyyatı, 2006[ölü keçid]
  1. "Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2005-ci il tarixli, 1156 nömrəli Sərəncamı". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  2. "Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 7 dekabr 2009-cu il tarixli, 611 nömrəli Sərəncamı". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  3. 1. Fleet K, ed. The Cambridge History of Turkey. Cambridge University Press; 2009. Page 115, 456.