Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Vaqif Sadıqov.
Vaqif Sadıqov (2 noyabr 1956, Bakı) — diplomat, Azərbaycan Respublikasının Belçikada fövqəladə və səlahiyyətli səfiri, BAAU-nun fəxri doktoru.
Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı il noyabrın 2-də Bakı şəhərində anadan olmuşdur.
- 1978 — SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirmişdir
- 1986 — Filoloji elmlər namizədidir
- 1991 — APXDİ-nin ingilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb
- 1992 — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar idarəsinin 1-ci katibi
- 1993–1995 — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər üzrə şöbənin müdiri
- 1995–2004 — Azərbaycan Respublikasının Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri, eləcə də BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi
- 1998–2004 — Nüvə Sınaqların Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi
- 2001–2004 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi
- 2004–2010, 29 oktyabr — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini
- 2010 oktyabr — 2016 — Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri.[3]
- 2016–2021 illərdə Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsində çalışıb.
Xarici dillərdən ingilis, rus, fransız, alman dillərini bilir.
Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfirləri |
---|
|
* Azərbaycanın İtaliyadakı səfirliyi 15 oktyabr 1994-cü il tarixində bağlanmış və 2 iyul 2003-cü il tarixində yenidən təsis edilmişdir. |