Protektorat

Protektorat (latınca protector — himayədar) — dövlətlərarası münasibətlərin forması, hansında ki bir dövlət digər dövlətin müdafiəsi altında (ilk növbədə hərbi cəhətdən) yerləşir. Qorunan dövlətə də həmçinin protektorat deyilir. Protektoratı həyata keçirən dövlət protektor adlanır. Qorunan ölkənin suverenliyi qismən protektora buraxılır, Qorunan dövlət xarici siyasi işlərdə tam müstəqil olmur, lakin daxili işlərdə, demək olar ki tam müstəqil qalır (xüsusilə idarə forması və hakimiyyətdə olan sülalə əvvəl olduğu kimi qalır). Protektorat vassal dövlətioyuncaq dövləti ilə ümumi cəhətləri var, amma onlardan fərqlənir.

Protektorat nümunələri:

Bəhreyn, Beçuanlend (indiki Botsvana), Ədən, Uqanda və s. Britaniya protektoratları idilər.

Birinci Dünya müharibəsindən sonra protektoratın Millətlər İttifaqının mandat ərazisi adlı xüsusi növü yarandı.

1939–1945-ci illərdə Üçüncü Reyxdən asıllı olan Bohemiya və Moraviya protektoratlığı de-fakto statusuna baxmayaraq, klassik kukla dövləti idi. Protektorat dövlətdən fərqli olaraq, mandat verilən ölkə Millətlər Liqasına bağlılığı ilə məhdudlaşmışdı. Mandat verilmiş ərazilərin bir hissəsi daxili işlərdə əslində suverenliyə sahib deyildi və mandatı alan dövlət tərəfindən tamamilə nəzarət altına alınmışdı. Bura Suriya, Livan, Fələstin Dövləti, Transiordaniya, İraq, Toqo, Kamerun, Cənub-Qərbi Afrika, Ruanda-Urundi, Tanqanika, Marşall adaları, Qərbi SamoaNauru.