Varanus varius

Varanus varius (lat. Varanus varius) — varanlar cinsinə aid heyvan növü. Avstraliyada lace goanna[3][4] kimi də tanınır.

Rəngarəng varan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Rəngarəng varanlara Avstraliyanın şərqi və cənub-şərq düzənliklərində yaşayırlar. Qidalanmaq üçün böyük məsafə qət edərək (gün ərzində 3 km-ə qədər) dəniz sahillərində, qayalıqlar və onlara bitişik düzən yerlərdə, meşələrdə tez-tez rast gəlinir.

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Bədənin yüxarı hissəsi çoxlu ağ, sarı, yaxud krem rəngində olan ləkələr olan qara, göy-qara rəngdə olur. Quyruğu nazik, uzun olub baş və bədənin uzunluğundan təqribən 1,5 dəfə böyükdür.

Cütləşmə adətən isti aylarda olur. Eyni dişı fərdlə cütləşmək istəyində olan erkək fərdlər arasında döyüş baş verir. Dişilər adətən termit yuvalarının üst hissəsinə bir dəfəyə 2-12 ədəd yumurta qoyur. Balaların yumurtadan çıxması 6 ay sürür.[5].

Avstraliya tədqiqatçılarının fikrinə görə rəngarəng varanın tüpürcəyində zəif zəhər var.[6]. Ancaq bu, qurbanının öldürülməsində o dərəcədə də mühüm rol oynamayır.

  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. "Australian Goannas (Australian Monitor Lizards)". www.outback-australia-travel-secrets.com. 2016-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-27.
  4. "Lace Monitor / Goanna (Varanus varius)". www.ozanimals.com. 2016-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-27.
  5. "Varanus varius". www.serpentes.ru. 2016-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-27.
  6. Fry, Brian G., et al. (2006). «Early evolution of the venom system in lizards and snakes». Arxivləşdirilib 2010-04-10 at the Wayback Machine Nature. Letters. Vol. 439/2 February 2006, pp. 584—588.