Vardanants meydanı (erm. Վարդանանց Հրապարակ) — Ermənistanın Gümrü şəhərinin ən böyük meydanı.
Vardanants meydanı | |
---|---|
40°47′21″ şm. e. 43°50′18″ ş. u. | |
Ölkə | |
Yerləşir | Gümrü |
Tikilmə tarixi | 1930 |
Üslubu | erməni, rus və neoklassik qarışığı |
Uzunluğu |
|
Eni | 140 m |
Vikianbarda əlaqəli mediafayllar |
Meydan Vardan Mamikonyanın xatirəsinə adlandırılmışdır.
Meydan 1930-cu illərdə, Sovet dövründə Gümrünün mərkəzində açılnışdır, 1920-ci ildə Ermənistanda baş verən May üsyanının şərəfinə "May Qələbələri meydanı" adlandırılmışdır; layihənin müəllifi memar Aleksandr Tamanyan idi[1].
25 iyun 2016-cı ildə Ermənistana üç günlük apostol səfərində olan Roma Papası Fransisk burada Latın adətiylə liturgiya keçirdi.[2] Mərasimdə Bütün Ermənilərin Katolikosu II Qaregin də iştirak etdi.[3]
Vardanants meydanı düzbucaqlı formaya malikdir (280 × 140 m). Şimaldan Qay küçəsi, cənubdan Vahan Çeraz küçəsi, qərbdən Abovyan küçəsi və şərqdən Şaumyan küçəsi ilə həmsərhəddir.
Meydan bir neçə fəvvarə ilə bəzədilib, mərkəzində Avarayr döyüşünə həsr olunmuş memorial yerləşdirilib. Memorial 2008-ci ildə qurulmuş və Sasanilərə qarşı Avarayr döyüşündə vuruşan erməni ordusu başçılarının heykəllərini ehtiva edir, mərkəzində isə Ermənistanın milli qəhrəmanı Vardan Mamikonyanım heykəli qoyulub. Qalan dörd heykəldə katolikos Hovsep I, knyaz Arşavir II Kamsarakan, Gevond Yerets, habelə Vardan Mamikonyanın anası təsvir edilmişdir.[4]
Meydana bitişik ərazidə Müqəddəs Məryəm Kilsəsi, Müqəddəs Xilaskar Kilsəsi, şəhər rəhbərliyinin binası, "Oktyabr" kinoteatrı yerləşir.[1]