Vasili (Vaso) Alekseyeviç Abaşidze (gürc. ვასილ (ვასო) ალექსის ძე აბაშიძე; 22 noyabr (4 dekabr) 1854, Duşeti, Rusiya imperiyası[1] – 9 oktyabr 1926[1], Tiflis, SSRİ[1]) — Gürcüstan aktyoru, Gürcüstan SSR xalq artisti (1922). O, milli aktyor sənətində realizm cərəyanının banilərindən biri hesab edilir.[2]
Vasili Abaşidze | |
---|---|
gürc. ვასილ (ვასო) ალექსის ძე აბაშიძე | |
Doğum adı | ვასო აბაშიძე |
Doğum tarixi | 22 noyabr (4 dekabr) 1854 |
Doğum yeri | |
Vəfat tarixi | 9 oktyabr 1926[1] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | aktyor |
Vikianbarda əlaqəli mediafayllar |
4 dekabr 1854-cü ildə Rusiya imperiyasında, indiki Gürcüstanın Duşeti şəhərində anadan olmuşdur. İbtidai təhsilini Tiflisdə almış, sonra Kutaisi Klassik Gimnaziyasını bitirmişdir. 1872–1877-ci illərdə Kutaisidə, 1877–1879-cu illərdə Şuşada müəllimlik etmişdir. Abaşidze 1874-cü ildə Kutaisidə Aleksandr Ostrovskinin “Gəlirli yer” pyesinin gürcü dilində ilk tamaşasında iştirak etmişdir.[3]