Duşeti (gürc. დუშეთი) — Gürcüstanın Msxeta-Mtianeti diyarında, Duşeti bələdiyyəsində yerləşən kiçik şəhər. Paytaxt Tiflisdən 54 km şimal-şərqdə yerləşir.
Şəhər | |
Duşeti | |
---|---|
gürc. დუშეთი | |
42°05′ şm. e. 44°42′ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Region | Msxeta-Mtianeti |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1215 |
Əvvəlki adı | Duşet (1936-cı ilə qədər) |
Yaşayış məntəqəsi statuslu | 1801 |
Mərkəzin hündürlüyü | 870 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 6167[1] nəfər (2014) |
Milli tərkibi | gürcülər, osetinlər, ermənilər, çeçənlər, ruslar, tatarlar |
Rəsmi dili | gürcü dili|gürcü |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | GEO |
Digər | |
dusheti.gov.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Duşeti şəhəri dəniz səviyyəsindən 870 m yüksəklikdə, Böyük Qafqaz dağlarında, kiçik dağ çayı olan Duşetis-Xevi çayının hər iki sahilində yerləşir. Şəhər tarixi Gürcüstanın Pxovi (Pşavi və Xevsureti) tarixi regionundadır. 2014-ci ilin siyahıalmasına görə şəhər əhalisi 6167 nəfərdir.
Bu yaşayış məntəqəsi haqqında ilk məlumat 1215-ci ildə gürcü mənbələrində verilib.[2] Araqvi hersoqları bu Duşetidən iqamətgah kimi istifadə etmişlər. 1740-cı illərdə Araqvinin ləğvindən sonra Duşeti Gürcü krallarının əlinə keçmiş, amma əhəmiyyətini itirmişdir. 1801-ci ildə ruslar buranı ələ keçirərək Duşetiyə şəhər statusu vermişlər.[2] 1802-ci ildə Duşeti uezdliyinin paytaxtı olmuşdur. Rusiya vətəndaş müharibəsi, 1918-ci ildə kəndli üsyanı, 1924-cü ildə Sovet rejiminə qarşı dirəniş zamanı şəhər və ətraf əraziləri iğtişaşlara səhnə olmuşdur. Sovet dövründə Duşeti kənd təsərrüfatı və yüngül sənaye mərkəzi olsa da, SSRİ-nin parçalanma illərinə yaxın şəhər iqtisadi tənəzzülə uğramış və əhalisi azalmışdır. Hazırda əhalinin böyük qismi əsasən xidmət sahəsində (bank, təhsil, xırda satış) işləyir.
Duşeti öz xingalı ilə məşhurdur.
Şəhərin yaxınlığında Tiflis-Stepantminda dəmir yolu yerləşir. Duşeti və Tiflis arasında avtobus maşrutları fəaliyyət göstərir.
Şəhər və ətraf bölgələrdə tarixi və görməli yerlər yerləşir. (Ananuri qalası, Bazaleti gölü) Şəhərdə IX-X əsrlərə aid Müqəddsə Georq kilsəsi və XVIII əsrə aid Çilaşvili ailəsinin sarayını görmək mümkündür.