Vazeh Əskərov

Vazeh Eldəniz oğlu Əskərov (15 oktyabr 1978, Bakı) — Strasburq Universitetinin doktoru, dosent, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru. Azərbaycan-Fransız Universitetinin icraçı direktoru (2016–2023).[1] Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru (2014–2015). Azərbaycan Dillər Universitetinin rektor müşaviri (2013–2014). Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilib (5 mart 2021-ci il). Azərbaycan Fransa Məzunlar Assosiyasiyasının presidenti və təsisçisi — AAAF (2020) Azərbaycan Savat Döyüş Sənətləri Federasiyasinın vitse-prezidenti (2019) Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasıyasının prezidenti — ASEAF (2005–2012) 13 iyul 2023-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi həvalə olunub. 19 mart 2024-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyev ili (1923–2003)" yubiley medalı ilə təltif edilib.

Vazeh Əskərov
Vazeh Eldəniz oğlu Əskərov
Əskərov 2017-ci ildə
Əskərov 2017-ci ildə
Doğum tarixi 15 oktyabr 1978(1978-10-15) (46 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru[d]
Elmi adı
İş yerləri
Təhsili
Mükafatları "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı Knight of the French Order of Academic Palms

Vazeh Əskərov 1978-ci ilin 15 oktyabr tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1985–1995-ci illərdə Bakı şəhəri 89 saylı və 101 saylı orta məktəbdə təhsil almışdır. 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət etmişdir.[2] 2001–2003-cü illərdə müxtəlif beynəlxalq və yerli təşkilatlarda tərcüməçi-menecer, ekspeditor kimi fəaliyyət göstərib.2003-cü ildə SGS şirkətlər qrupunda neftin daşınması üzrə ekspeditor vəzifəsində şalışmışdır. 2004–2012-ci illər Fransada təhsil aldığı zaman müxtəlif sahələrdə o cümlədən Horizon, AMGE, məktəb-litsey komplexlərində imtahanların yoxlanılma şöbələrində çalışmışdır.

2003–2013-cü illərdə Fransada təhsil aldığı və yaşadığı müddətdə Vazeh Əskərov ictimai fəaliyyət ilə də məşğul olmuş, 2005-ci ildən Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasının (ASEAF/FATA) sədri seçilmiş və həmin ildə Strasburq-Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvü olmuş, Azərbaycanın Fransa ictimaiyyətinə tanıtdırılmasında əməyini əsirgəməmişdir. İctimai fəaliyyəti ərzində onlarla bülleten (AZER-İNFO) və Qarabağ həqiqətləri haqqında kitabın dərc olunması və avropalılara çatdırılmasında, eləcə də Azərbaycan üçün önəmli olan günlərin təntənəli qeyd olunması istiqamətində müxtəlif mədəni tədbirlər təşkil etmişdir.

2013-cü ilin mart ayında Azərbaycana qayıtdıqdan sonra Vazeh Əskərov Azərbaycan Dillər Universitetinin Elmi strukturunda "Gənc Tədqiqatçılar Assosiyasına" rəhbərlik etmiş, 2013-cü ilin may ayında rektorun müşaviri vəzifəsinə təyin olunmuşdur. 2014-cü ilin iyun ayından 2015-ci ilin dekabr ayına kimi Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektor vəzifəsinin müvəqqəti icra etmiş və bu müddət ərzində bir neçə dəfə rektor vəzifəsinin müvəqqəti icrasını həyata keçirmişdir. 2015-ci il dekabr ayından 2016-cı ilin dekabr aylarında rektor müşaviri vəzifəsini icra etmişdir.

Vazeh Əskərov 2016-cı ilin may ayında Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə Fransız dili kafedrasının dosenti seçilmişdir. 2016–2023-cü illərdə Azərbaycan-Fransız Universitetinə UFAZ icraçı direktoru vəzifəsini icra etmişdir.

2023-cü il iyul ayının 13-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru və nazirin digər əmri ilə ADNSU-nun rektoru vəzifəsini icrasına başlamışdır.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

2014-cü ildə Vazeh Əskərovun Fransanın Presses Academiques Francophones (PAF) nəşriyyatında "L’immigration des Azerbaïdjanais" adlı monoqrafiyası, 2016-cı ildə isə eyni nəşriyyatda "Gerondif, Participe present, Adjectif verbal" adlı dərs vəsaiti dərc olunmuşdur. 2022-ci ildə "L'immigration des Azerbaïdjanais en France" adlı Fransanın Edition Kapaz nəşriyyatında yenidən dərc edilmişdir. 30-a yaxın elmi məqalənin müəllifi olan Vazeh Əskərov fransızca dərc olunmuş 6 kitabın redaktoru olmuş və bir neçə beynəlxalq konfranslarda iştirak etmiş eləcə də ictimai-siyasi sahələr üzrə 100-ə qədər məqalə və müsahibələri dərc olunmuşdur.

Ailəlidir, iki övladı var

1995–1999-cu illlərdə Azərbaycan Dillər Universitetində bakalavr təhsili alıb. 2003-cü ildə Fransanın Robert Schuman Universitetinə qəbul olunaraq Strasburq şəhərinə getmişdir. 2004–2007-ci illərdə Fransanın Marc Bloch Universitetində magistratura pilləsi üzrə Maitrise, Master 1 və Master 2, 2007–2012-ci illərdə Fransanın Strasburq Universitetində Avropada cəmiyyət və mədəniyyət departamentində "Azərbaycanlıların Fransaya mühacirəti: tarix və perspektivlər" mövzusunda doktorantura pilləsi üzrə PhD təhsili almış və 2012-ci ildə Strasburq Universitetinin Doktoru dərəcəsinə layiq görülmüşdür[3]. Strasburq Universitetinin Fəlsəfə Doktoru PhD diplomu 2016-cı ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilmiş və Azərbaycanda ilk təkrar attestasiya edilmiş Fransa doktorluq diplomu kimi tarixə düşmüşdür. 18 fevral 2019-cu il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarının əsasında Vazeh Əskərova tarix üzrə fəlsəfə doktoru, dosent diplomu təqdim edilmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Universitetdə tələbə olduğu müddətdə III və IV kurslarda Fransanın Azərbaycandakı səfirliyində müqavilə əsasında işləmiş, Universiteti bitirdikdən sonra 2000–2001-ci illərdə Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsində George Sand mərkəzində müdir müavini vəzifəsində çalışmışdır. 2001–2003-cü illərdə müxtəlif beynəlxalq və yerli təşkilatlarda tərcüməçi-menecer, ekspeditor kimi fəaliyyət göstərib.2003-cü ildə SGS şirkətlər qrupunda neftin daşınması üzrə ekspeditor vəzifəsində şalışmışdır.[4] 2004–2012-ci illər Fransada təhsil aldığı zaman müxtəlif sahələrdə o cümlədən Horizon, AMGE, məktəb-litsey komplexlərində imtahanların yoxlanılma şöbələrində çalışmışdır. 2013-cü ilin mart ayından Azərbaycana qayıtdıqdan sonra Vazeh Əskərov Azərbaycan Dillər Universitetinin Elmi strukturunda "Gənc Tədqiqatçılar Assosiyasına" rəhbərlik etmiş, 2013-cü ilin may ayında rektorun müşaviri vəzifəsinə təyin olunmuşdur. 2014-cü ilin iyun ayından 2015-ci ilin dekabr ayına kimi Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektor vəzifəsinin müvəqqəti icra etmiş və bu müddət ərzində bir neçə dəfə rektor vəzifəsinin müvəqqəti icrasını həyata keçirmişdir. 2015-ci il dekabr ayından 2016-cı ilin dekabr aylarında rektor müşaviri vəzifəsini icra etmişdir. Vazeh Əskərov 2016-cı ilin may ayında Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə Fransız dili kafedrasının dosenti seçilmişdir.[5] 2016-cı ilin dekabr ayından etibarən Azərbaycan-Fransız Universitetinə UFAZ icraçı direktoru vəzifəsini icra etmişdir. 2023-cü il iyul ayının 13-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru və nazirin digər əmri ilə ADNSU-nun rektoru vəzifəsini icrasına başlamışdır. 30-a yaxın elmi məqalənin müəllifi olan Vazeh Əskərov fransızca dərc olunmuş 6 kitabın redaktoru olmuş və bir neçə beynəlxalq konfranslarda iştirak etmiş eləcə də ictimai-siyasi sahələr üzrə 100-ə qədər məqalə və müsahibələri dərc olunmuşdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[6]

  • 2020-ci ilin 8 yanvar Fransa Milli Təhsil və Gənclər nazirliyinin təqdimatının əsasında Vazeh Əskərov " Akademik palma " ordeninin Zabit dərəcəsi ilə təltif edilmişdir.[7]
  • 2020-ci il 11 noyabr tarixində Fransız Suvenirləri (Souvenirs Français) rəsmi ordeni və diplomu ilə təltif edilmişdir.
  • 2020-ci il 30 dekabr tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyi münasibətilə və təhsilin inkişafında xidmətlərinə, yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.[8]
  • 2024-cü il 19 mart Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyev ili (1923–2003)" yubiley medalı ilə təltif edilib.[9]
  1. Könül Kamilqızı. "Fransız-Azərbaycan Universitetinə direktor təyin olunub" (az.). apa.az. 14 dekabr 2016. 31 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
  2. "Azərbaycan-Fransız Universitetinin direktoru:". adu.edu.az (az.). 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31.
  3. "Ali Attestasiya Komissiyası tarixində ilk qərar..." moderator.az (az.). 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31.
  4. "Frankofoniya Universitetlər Agentliyinin təmsilçisi ADU-da". azertag.az. 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31.
  5. ". "UFAZ-ın direktoruna dosent diplomu təqdim olunub". Xalqqazeti.az (az.). 2024-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-19.
  6. "İdarə Heyəti". / (ingilis). 19 iyun 2024. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  7. "UFAZ-ın icraçı direktoru Fransanın Akademik Palma Ordeninin Zabit dərəcəsi ilə təltif edilib (FOTO)". Trend.Az (az.). 2 dekabr 2021. 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  8. "Quoi de neuf dans nos délégations ?". Le Souvenir Français (fransız). 29 iyul 2021. 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  9. ""Təhsil Nazirliyi ADNSU-nun 100 illik yubileyi münasibətilə universitetin bir qrup əməkdaşını təltif edib"". asoiu.edu.az. 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]