Veronika Gerin

Veronika Gerin (ing. Veronica Guerin; 5 iyul 1959[1][2], Dublin26 iyun 1996[1], Kilder qraflığı[d], Lenster) — narkotik mafiyası tərəfindən qətlə yetilirən İrlandiya cinayət müxbiri.

Veronika Gerin
ing. Veronica Guerin
Doğum tarixi
Doğum yeri Dublin, İrlandiya
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri Dublin, İrlandiya
Vəfat səbəbi Sui-qəsd
Vətəndaşlığı İrlandiya İrlandiya
Həyat yoldaşı Qraham Törli (1985-dən)
Milliyyəti İrland
İxtisası Mühasibat
Təhsili Dublin Triniti Kolleci
Fəaliyyəti Jurnalist
Fəaliyyət illəri 1990–1996
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Mühasib vəzifəsində çalışan Xristofer və onun həyat yoldaşı Bernadettin[3] qızı olan Gerin ailədə "Ronni" ləqəbi ilə çağırılırdı. O və onun 4 bacı-qardaşı Dublinin Arteyn ərazisində böyüdülüb və katolik məktəbində oxuyublar. Burada Gerin atletikanı mükəmməl şəkildə öyrənir. Basketbol və kamojidən əlavə, Veronika futbol ilə də məşğul olurdu. 15 yaşında belində yırtıq olsa da[3] İrlandiya futbol yarışında mübarizə aparmışdır. İrlandiya Qadın Basketbolçularının Milli Komandasında və İrlandiya Respublikası Qadınların Milli Futbol Komandasında oynamışdır. Sonuncunu 1981-ci ilin may ayında İngiltərə komandasına qarşı oyunda təmsil etmişdir.[4]

Gerin Dublində Triniti kollecində mühasiblik fakültəsində təhsil almışdır.[5] 1985-ci ildə o, Qraham Törli ilə ailə həyatı qurur[6] və 1990-cı ildə bu nikahdan cütlüyün Kasal adlı bir oğlu dünyaya gəlir.[7] Mançester Yunayted futbol klubunun böyük azarkeşi olan Veronika Old Trafforda səfər edərkən Erik Kantona ilə çəkdirdiyi şəkildə bu futbol klubuna olan sevgisini nümayiş etdirmişdir.[8]

İctimaiyyətlə əlaqələr karyerası: 1983–1990

[redaktə | mənbəni redaktə et]

Kolleci bitirdikdən sonra atası onu öz şirkətində mühasib kimi işə qəbul edir; lakin üç il sonra atasının ölümü səbəbilə sənətini dəyişir və 1983-cü ildə İctimaiyyətlə Əlaqələr müəssisəsininin əsasını qoyur və 7 il müddətində bu müəssisəni idarə edir.

1983-84-cü illərdə Gerin Yeni İrlandiya Forumunda Fianna Feil qrupu üçün katibə kimi xidmət edir.[8] O, həmçinin Çarlz Ceymz Hoqinin şəxsi assistanı kimi də fəaliyyət göstərib, daha sonra isə ailə dostuna çeviriliblər. 1987-ci ildə seçki təmsilçisi kimi çalışıb.[8]

Jurnalistika karyerası: 1990–1996

[redaktə | mənbəni redaktə et]

1990-cı ildə o, yenidən karyerasını dəyişir və Sandey Biznes Post və Sandey Tribun jurnallarında müxbir kimi fəaliyyət göstərməyə başlayır.[8]

1994-ci ildə Sandey Independent qəzeti adına cinayət hadisələri ilə əlaqədar yazılar yazmağa başlayır.[3] Qanunsuz fəaliyyətlər törədənlərin izinə düşmək üçün öz mühasiblik bacarıqlarından istifadə edən Gerin İrlandiyanın "insanların qüruruna toxunan" məqalələrin yazılmasının əleyhinə olan qanunlarına qarşı küçə adlarını və ləqəbləri işlətməklə yeraltı dünyanın sakinlərinin əməllərini ictimaiyyətə təqdim edirdi.[8][9]

Sonradan o, narkotik ticarətçiləri haqqında məqalələr yazmağa başlayanda bir sıra ölüm təhdidləri ilə rastlaşdı. Ona qarşı ilk zorakılıq halı 1994-cü ilin oktyabr ayında qətlə yetirilmiş cinayətkar Martin Keyhil barəsində məqaləsini dərc etdirdikdən sonra baş vermiş, yaşadığı ev iki nəfər silahlı şəxs tərəfindən güllələnmişdi. Lakin Gerin bu "xəbərdarlığa" əhəmiyyət vermir. İrlandiyalı cinayətkar Qerri Hatç haqqında "Rahib Qerri Hatç" məqaləsini[10] yazdıqdan bir gün sonra 1995-ci il oktyabrın 30-unda qapını açarkən silahlı şəxs tərəfindən ayağından güllə yarası aldı. Buna baxmayaraq, öz tədqiqatlarını davam etdirdi. İrlandiyanın İndependent qəzeti onun təhlükəsizliyini artırmaq məqsədilə xüsusi sistem yaratdı, və polis onu bütün gün ərzində evində nəzarətə almağa başladı. Lakin o, bunların heç birini qəbul etmədi və işlərinə çətinlik törədəcəyini bildirdi.

1995-ci il senytabrın 13-də Gerin məhkum Con Qilliqanın qanunsuz yollarla əldə etdiyi var-dövlətini bildirdikdən sonra onun hücumuna məruz qaldı.[10] Daha sonra Qilliqan onun evinə zəng edir və özü barəsində növbəti dəfə nəsə yazacağı halda oğlunu qaçırmaqla hədələyir.[9][11]

Gerin 1995-ci ilin dekabr ayında Jurnalistləri Müdafiə Komitəsinin "Beynəlxalq Mətbuat Azadlığı" mükafatına layiq görülür.[9]

Öldürülməsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Veronika Gerin (film)
Veronika Gerinin Dublin qalasının bağında yerləşən büstü.

1995-ci il iyunun 25-də axşam Qilliqanın narkotik qrupunun üzvləri Çarles Bouden, Brian Mihan, Piter Mitçel və Paul Vord Qrinmount görüşdülər. Dsətənin rəhbəri olan Bouden digər üç nəfəri silahlarla zənginləşdirdi.[12]

1996-cı il İyunun 26-da Gerin izlənildiyindən xəbərsiz halda Dublinin şəhərinin kənarında Nyulandz yol qovşağının yanında Naas Dual yol nəqliyyat hissəsində qırmızı işıqda dayanarkərkən qırmızı rəngdə Opel Kalibra avtomobilində motosikletdəki şəxslər tərəfindən 6 dəfə güllələndi.[13]

Gerinin öldürülməsindən təxminən bir saat sonra Dublindəki Mur küçəsində Bouden, Mihan və Mitçel arasında görüş baş tutdu. Daha sonra Bouden məhkəmədə bunları inkar edərək bildirmişdi ki, görüşün məqsədi silahları vermək olub.Lakin bu sadəcə onların məsuliyyəti öz üzərindən atmağa cəhdi kimi qəbul edildi.[12]

Onun qətli zamanı, Treynor Gerinin onun mütəşəkkil cinayətkarlıqda iştirakını haqqında kitab nəşr etdirməsinin qarşısını almaq üçün Ali Məhkəmənin qərarını axtarırdı.[14] Gerin Londonda Azadlıq Forumu konfransında çıxışından iki gün əvvəl öldürüldü. Onun seqmentinin mövzusu "Hekayəni demək üçün can atmaq: Jurnalistlər təhlükədədirlər" adlanırdı.[15]

Onun dəfnində İrlandiyanın baş naziri Con Bruton və silahlı qüvvələrin rəhbəri iştirak etmişdi. İyulun 4-ündə bütün İrlandiya ərazisindəki həmkarlar ittifaqları onun xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Gerin Dublin qraflığında Dardistaun məzarlığında dəfn edilmişdir.[16]

Ölümündən sonra

[redaktə | mənbəni redaktə et]

Gerinin ölümü ölkədə böyük hiddətə səbəb oldu və Con Bruton bu hadisəni "Demokratiyaya hücum" adlandırdı.[13] İrlandiya Parlamenti cinayətkarlığın qarşısının alınması və cinayətkarların cəzalandırılması vasitəsi kimi vergi mühafizə qanunlarından istifadənin əhəmiyyətini önə çəkdi. Onun öldürüldüyü həftə ərzində Cinayət Akti 1996 və Cinayət Mülklərinin Bürosu Aktı 1996 qəbul edildi. Bu isə daha sonralar Cinayət Mülkləri Bürosunun yaradılmasına gətirib çıxardı.

Veronika Gerinin Dublin qalasının bağında yerləşən büstün lövhəsi.

Gerinin qətlindən sonra Bouden və Qilliqanın cinayətkar dəstəsinin digər üzvləri həbs edildi. Daha sonra bəzi qanunlar qəbul edildi və maddi dəstək təmin etmək məqsədi ilə büro yaradıldı. Gerinin öldürülməsindən sonra aparılan istintaq nəticəsində narkotik və silah alverçiləri daxil olmaqla 150-dən çox şəxs həbs edildi və göz altına alındı.[17] Öldürülməsindən keçən son 12 ay ərzində İrlandiyada narkotika cinayətkarlıq halları 15 faiz azaldı.

1997-ci ildə məhkəmədə şahidlik edərkən Bouden Patrik Holland adlı bir şəxsin adını çəkərək qeyd etdi ki, o, bu şəxsi silahla təmin edib və buna görə də Gerinin qətlində ondan şübhələnir. Holland heç bir zaman qətl maddəsi ilə ittiham edilməmişdi və 2009-cu ilin iyun ayına kimi Birləşmiş Krallıqda cəza evində öldüyü günə kimi bu cinayəti inkar etdi.[17][18]

1998-ci il noyabr ayında Bouden və digərlərinin şahidliyindən sonra Paul Hippo Vord Qerrinin qətlində ittiham olundu və cinayətin həyata keçirilməsində əlbir olan şəxs kimi ömürlük həbs edildi.[10][13] Daha sonra isə bu ittiham apelyasiya məhkəməsində ləğv edildi.[12]

Brian Mihan daha sonra Treynor (bu şəxs daha sonra Portuqaliyaya qaçmışdı) ilə Amsterdama qaçdı. Məhkəmə Boudenin əlavə şahidliklərini rədd etdikdən sonra, Mihan cinayət dəstəsinin üzvü olan Russel Vorrenin ifadəsi ilə ittiham olundu. Russel Vorren sui-qəsddən bir saat öncə Veronika Gerinin hərəkətlərini izləmiş və daha sonra Mihanla telefon əlaqəsi yaradaraq detallı məlumatlarla təmin etmişdi.[19] Mihan Gerini qətlə yetirməkdə ittiham olundu və ömürlük azadlıqdan məhrum edildi.[20]

Con Qillian Gerinin öldürülməsindən bir gün əvvəl İrlandiyanı tərk etmişdi və hava uçuşu ilə Amsterdama qaçmışdı. O, 12 ay sonra Birləşmiş Krallıqda Amsterdama bilet alarkən həbs olundu. Araşdırmalar nəticəsində onun yükləri arasında 500000 dollar pul vəsaiti aşkarlandı. Bu pulun qumar oyunlarından əldə edilməsi iddiası ilə Qilliqan çirkli pulların yuyulmasında da ittiham olundu. Üçillik hüquq mübarizəsindən sonra, o, 2000-ci ilin fevral ayının 3-də İrlandiyaya ekstradisiya olundu. Gerinin qətlində iştirak etməsi ilə bağlı bəraət aldıqdan sonra[10] o, 20 ton narkotik maddəni ölkəyə gətirməkdə ittiham olundu və 28 il müddətinə azadlıqdan məhrum edildi. Apelyasiya məhkəməsində onun həbsi 20 il müddətinə kimi azaldıldı.

Gerinin həyat yoldaşı Törli 2011-ci ildə yenidən ailə həyatı qurdu.[21]

Gerinin anım heykəli Dublin Qalasının yaxınlığında Dublin Linn bağlarında yerləşir.

1997-ci mayın 2-də Virciniya Arlinqtonda keçirilən mərasimdə Veronika Gerin və 1996-cı ildə öldürülən 38 beynəlxalq jurnalistin adı Jurnalistlərin Xatirəsinə həsr olunnmuş Azadlıq Forumuna əlavə edildi. Onun həyat yoldaşı auditoriyaya müraciət edərək bildirdi: "Veronika azadlıq üçün yazdı. Parlaq işıq kimi qalxdı və İrlandiyanın bugünkü həyatını yazdı və həqiqəti dedi. Veronika hakim deyildi, nə də rəhbər deyildi, lakin o, öz həyatı bahasına İrlandiya tarixinə böyük töhfələr verdi".[9]

2000-ci ildə, Gerin Beynəlxalq Mətbuat İnstitunun son 50 il ərzində Dünya Mətbuatının 50 Azadlıq Qəhrəmanlarından biri adlandırıldı.[22]

2007-ci ildə, Dublin Şəhər Universitetində Veronika Gerinin Xatirə Təqaüdü təsis edildi, və beləcə bu təqaüd sayəsində jurnalistika tədqiqatları üzrə ixtisaslaşmaq istəyən jurnalistika tələblərinin ümumi xərclərinin bir hissəsi və təhsil haqqlarını qarşılamaq mümkün oldu.[23]

Tanınmış incəsənətdə yeri

[redaktə | mənbəni redaktə et]
  • Onun həyatına həsr olunmuş 2 film çəkilib: 2000-ci ildə "Səma yerə enəndə" filmi və 2003-cü ildə "Veronika Gerin" filmi baş rolda Keyt Blanşett.[11]
  • İrlandiyalı ifaçı Elinor Makevoy Gerinin qətlində qısa zaman sonra "Ümidi itirmək asandı" mahnısını yazdı. Bu mahnı 1999-cu ildə onun Snapşots albomunda yer aldı.
  • Metal musiqi qrupu Savataj 1998-ci ildə mediaya təqdim olunan "Maqellanın oyanışı" albomunda Gerinə həsr olunmuş mahnı yazdı.
  • Kristi Mur 2006-cı ildə Dublində Veronika Gerinə həsr etdiyi mahnını canlı ifa etmişdir. Bu həmin konsertin DVD-sində mövcud deyildi.
  • Qərbi Avstraliyanın Kollinqvud parkına onun adı verildi.
  • İrlandiyalı mahnı müəllifi Paul Bauen Veronika Gerinin xatirəsinə "Veronika 1337" bəstələdi.
  • Emili Orelinin müəllifi olduğu "Veronika Gerin: Cinayət Müxbirinin həyatı və ölümü" adlı avtobiqrafiya 1998-ci ildə nəşr olundu
  1. 1 2 Veronica Guerin // FemBio database (alm.).
  2. Veronica Guerin // Dictionary of Irish Biography (ing.). RIA.
  3. 1 2 3 Jason Lynch (3 November 2003). "Killed for Her Courage" Arxivləşdirilib 2016-03-04 at the Wayback MachinePeople. Retrieved 30 September 2011.
  4. "Match: Republic of Ireland 0–5 England, 2 May 1981, Dalymount Park" Arxivləşdirilib 10 sentyabr 2016 at the Wayback Machine. Women's Football Archive. 4 May 2016. Retrieved 17 June 2016.
  5. "Veronica Guerin" Arxivləşdirilib 2020-05-31 at the Wayback MachineThe Telegraph. London. 28 June 1996.
  6. Wild Irish Women: Extraordinary Lives from History, Marian Broderick, University of Wisconsin Press, 2002, page 131
  7. "The second fall of Veronica Guerin" Arxivləşdirilib 2012-09-20 at the Wayback MachineBBC News. 6 May 1998. Retrieved 30 September 2011.
  8. 1 2 3 4 5 Alan Murdoch (27 June 1996). "Obituary: Veronica Guerin" Arxivləşdirilib 2017-07-01 at the Wayback MachineThe Independent. Retrieved 30 September 2011.
  9. 1 2 3 4 "Veronica Guerin" Arxivləşdirilib 2018-07-17 at the Wayback MachineGale Encyclopedia of Biography at Answers.com. Retrieved 2 August 2012.
  10. 1 2 3 4 "Veronica Guerin" Arxivləşdirilib 2021-10-21 at the Wayback Machine. undergroundnotes.com. Retrieved 30 September 2011.
  11. 1 2 Liz Allen. "The second fall of Veronica Guerin" Arxivləşdirilib 2012-09-20 at the Wayback Machine. BBC News. 6 May 1998. Retrieved 2 August 2012.
  12. 1 2 3 "Ward Appeal" Arxivləşdirilib 2010-11-28 at the Wayback MachineThe Irish Times. 22 March 2002. Retrieved 30 September 2011.
  13. 1 2 3 "Veronica Guerin" Arxivləşdirilib 2012-03-18 at the Wayback MachineInternational Press Institute. Retrieved 2 August 2012.
  14. Washbrook, Cyril (4 September 2010). "UK: Suspect in Veronica Guerin murder arrested" Arxivləşdirilib 2010-09-10 at the Wayback MachineThe Spy Report. Media Spy. Retrieved 4 September 2010.
  15. "N. Ireland investigative journalist slain; Protestant group claims responsibility" Arxivləşdirilib 2020-05-31 at the Wayback Machine. The Associated Press. 10 January 2001. Retrieved 30 September 2011.
  16. "Veronica Guerin" Arxivləşdirilib 2015-12-25 at the Wayback Machine. findagrave.com. Retrieved 30 September 2011.
  17. 1 2 Henry McDonald (9 April 2006). "10 years later, still no peace for Veronica Guerin" Arxivləşdirilib 2020-05-31 at the Wayback MachineThe Guardian. Retrieved 30 September 2011.
  18. "Obituary of Patrick 'Dutchy' Holland" Arxivləşdirilib 2012-10-15 at the Wayback MachineThe Irish Times. 6 June 2009. Retrieved 2 August 2012.
  19. "Life sentence for Guerin murderer" Arxivləşdirilib 2002-10-17 at the Wayback MachineBBC News. 29 July 1999. Retrieved 30 September 2011.
  20. "Extradition of Irishman"The New York Times. 10 December 1997. Retrieved 2 August 2012.
  21. "Graham and Suzanne celebrate their big day" Arxivləşdirilib 2018-11-16 at the Wayback MachineThe Irish Independent, 31 July 2011
  22. "World Press Freedom Heroes: Symbols of courage in global journalism" Arxivləşdirilib 2012-01-16 at the Wayback MachineInternational Press Institute. 2012. Retrieved 26 January 2012.
  23. "Veronica Guerin Memorial Scholarship" Arxivləşdirilib 2022-09-04 at the Wayback Machine (PDF). Dublin City University. Retrieved 30 September 2011.