Verxoyansk silsiləsi

Verxoyansk silsiləsi (Верхоянская горная система) — Yakutiya ərazisinəd olan dağ silsiləsi. Uzunluğu 1200 km-dir. Silsilə Lena çayının deltasından başlayaraq Tompo çayına qədər uzanır. Silisilənin eni 100–250 km arasında dəyişir.

Veryoyansk silsiləsi
Silsilənin yerləşdiyi ərazi
Silsilənin yerləşdiyi ərazi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.409 m
Uzunluğu 1200 km
Eni 100-250 km
Yaranma dövrü Təbaşir dövrü
Süxurları Metamorfik süxurlar
Yerləşməsi
67° şm. e. 129° ş. u.HGYO
Ölkə  Rusiya
Veryoyansk silsiləsi xəritədə
Veryoyansk silsiləsi
Veryoyansk silsiləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Silsilə onlarca xırda silsilədən ibarətdir. Orta yüksəkliyə malik Orulaqan, alçaq yüksəkliyə malik Kular və Xaraulax silsiləsi silsiləni təşkil edən əsas relyef formalarındandır. Silsilənin yalı Lena çayı hövzəsinin dərin çay dərələri ilə kəsilmiş. Verxoyansk silsiləsinin zirvələri 2000 metr yüksəkliyi keçir.

Silsilə Lena ilə Aldanın, Omolya, Yana ilə İndiqirka çayları arasında suayrıcı mövqeyi rolu oynayır. Verxoyansk silsiləsindən Menkere, Sobolox-Mayan, Undyulyunq, Dyanşka, Tompo, Bıtantay, Dulqalax, Sartanq, Nelsere və s. çaylar öz mənbəyini götürür. Silsilənin əsasını alevrolit, qum daşı, şist və əhəng daşından ibarət antiklinal təşkil edir.

Bölgə soyuq, kəskin kontinental iqlimə malikdir. Uzun qış aylarında zaman-zaman temperatur inversiyası adi haldır. Daha çox inversiya dağ ətəklərində, çökəkliklərdə və böyük çayların yataqlarında baş veriri. Yanvar ayının orta temperaturu — 36°, — 38 °C-dir. Yay dövrü qısa və nisbətən vadilərdə temperatur yüksək olur. İyulun orta aylıq temperaturu 12–14 °C-dir. Yayda illik yağıntının əsas hissəsi düşür. Orulqanın qərb ətəklərinə 600 m yağıntı düşür. Daima donuşluq təsir qalmış dağ süxurları hər yerdə yayılıb.[1]

  1. "Большой Советской Энциклопедии. Верхоянский хребет". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-19.