Veryovkin mağarası — Gürcüstanın şimal-qərbində, Qərbi Qafqazın Qaqra silsiləsindəki mağara. Mağara Abxaziyanın Arabika yayalasında yerləşir[1]. Mağarının öyrənilən hissəsinin dərinliyi 2017-ci ildə toponomik çəkilişlər nəticəsində müəyyənləşdirilmişdir - 2204 metr[2] Bu göstərici ilə o Krubera mağarasını 7 metr üstələmişdir[3]. Rekord göstərici sifon keçidləri nəzərə almadan qeydə alınmışdır. 2018-ci ilin martında həyata keçirilən ekspedisiyada Sonuncu Nemo dayanacağı sifon gölünün dərinliyi də ölçülmüş və ümumi dərinliyə 8 metr əlavə olunmuşdur - 2212 metr. Mağaraya olan yeganə giriş 3X4 ölçüsündə olub Krepost dağı ilə Zont dağı arasında olan aşırımda yerləşir. Giriş quyusunun dərinliyi 32 metrdir.
Veryovkin | |
---|---|
rus. Пещера Верёвкина | |
Ümumi məlumatlar | |
Dərinliyi | 2212 m |
Uzunluğu | 13 500 m |
Kəşf tarixi | 1968 |
Tipi | karst |
Ətraf süxurları | əhəng daşı |
Giriş sayı | 1 |
Yerləşməsi | |
43°23′52″ şm. e. 40°21′37″ ş. u. | |
Ölkə | Gürcüstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İlk vaxtlar mağaranı C-115, sonra isə P1-7 adı ilə adlandırmışdılar. 1986-cı ildə mağaraya Aleksandr Veryovkin adı verilmişdir. Speleoloq 1983-cü ildə Aleksandr Veryovkin Su-Akan mağarasındakı sifona enən zaman faciyəvi şəkildə həlak olmuşdur. Su-Akan mağarası Kabarda-Balkariya Respublikasının Sarı-Tala massivində yerləşir.
Mağaranı 1968-ci ildə krasnoyarsk speleoloqları kəşf etmişdilər. İlkin fəth edilən dərinlik 115 metr olmuşdur. Mağara C-115 adı ilə qeydiyyata alınmış. 1982-ci ildə mağaranı ikinci dəfə Moskva şəhərinin Mağaraçılar klubun nümayəndələri aşkar etdilər. Bu dəfə mağara P1-7 adı ilə qeydiyyata salındı. 1983-86-cı illərdə mağaranın 440 metr dərinliyə qədər olan hissəsi fəth edildi. 1986-2000-ci illərdə mağarada tədqiqat işləri aparılmayıb. 2000-2015-ci illərdə Perovo və Perovo-speleo klubları araşdırma aparmış ancaq mağaranın dərinliyi 440 metrdə qalmışdı. 2015-ci ilin avqustunda mağarada dərinliyi 156 metr olan quyu aşkar edildi. 2016-cı ildə artıq mağaranın dərinliyi 630 metr müyənləşdirildi. 2016-cı ilin avqustunda növbəti araşdırma üçün birgə ekspedisiya təşkil olundu və yekunda mağara dərinliyi 1010 metr oldu. Oktyabrda isə artıq dərinlik 1350 metr idi.
2017-ci ilin fevralında Perovo və Perovo-speleo klublarının üzvləri 1832 m dərinliyə eniş etdilər. Bu göstərici ilə Veryovkin mağarası dünyada ikinci ən dərin mağara hesab olundu. 2017-ci ilin avqustunda isə dərinlik 2151 m müəyyənləşdirildi. Bu dərinlikdə düz ərazi aşkar edildi. Qısa zaman keçdikdən sonra yeni dünya rekordu qeydə alındı - 2204 m. 2018-ci ilin martında Perovo-speleo komandası sifon gölünün dərinliyinidə dəqiləşdirmiş və yekun dərinlik 2212 metr olmuşdur.