Vestal bakirəsi

Vestal bakirəsinin heykəli

Vestal bakirəsi (lat. virgo vestalis) — Qədim Romada yüksək hörmət və ehtirama sahib ilahə Vesta rahibəsi. O, toxunulmaz sayılırdı. Buna görə də çoxları öz vəsiyyətnamələrini ona saxlamaq üçün etibar edirdilər. Vestal bakirəsinə qarşı hər hansı təhqir ölümlə cəzalandırılırdı. Vestal bakirəsi ata himayəsindən azad olunaraq, öz mülkünə sahib olmaq hüququ qazanırdı. Vestal bakirəsi qətil yerinə təsadüfən yetişdikdə məhkumu əhv etmək hüququna malik idi. Bu zaman onun təsadüfən hadisə üzərinə çıxdığını and içərək təsdiqləməsi kifayət idi. Onu 1 nəfər liktor mühafizəçisi olurdu.

Qədim Roma tarixi

lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq
Vestal bakirəsi — Tukkiya möcüzəsi: ələyə su yığarkən. Rəssam: Leru Luis Hektor
  • Qız uşağı altı yaşdan az və ondan çox olmamaqla;
  • Namizədin nitq və cismani qüsuru olmamaqla;
  • Valideynlərinin hər ikisinin həyatda olması;
  • Bir qədər emansipasiyalaşmış olmalı;
  • Valideynlərindən heç biri qul olmamalı eyni zamanda Roma sakiniPatrisilər olmalıdır.

Vestal bakirəsi xidməti 30 il müddətində olub, üç mərhələdən: şagirdlik müddəti, bilavasitə xidmət müddəti və ustadlıq ya digərəini öyrətmə müddətindən ibarətdir. Müddət bitdikdən sonra Vestal bakirəsi xidmətdən azad olunurdu və o, ərə gedə bilərdi, lakin bu nadir hallarda baş verirdi. Hesab ediirdi ki, Vestal bakirəsi ilə ailə qurmaq heç də sayalı olmazmış. Digər tərəfdən Vestal bakirəsi ərə gedərdisə bütün imtiyazlarını: Roma qadınlarına nadir hallarda məxsus olan xüsusi sosial və sahibkarlıq statusunu itirmiş olurdu və adi matrona (az. Romada azad doğulmuş ərli qadın)a çevrilərək ərindən tam asılı vəziyyətə düşmüş olurdu ki, bu da sözsüz onu qane edə bilməzdi.

Rəvayətə görə iki Vestal bakirəsi, Tukkiya (lat. Tuccia) və Kvinta Klavdiya paksızlıqda (ismətsizlikdə) günahlandırılırlar. Onlar günahsız olduqlarını möcüzə göstərməklə sübut edirlər. Belə ki, Klavdiya əsasını batıb qalmış gəmiyə uzatmaqla yerindən tərpədə, Tukkiya isə Tiber çayından ələyə su yığaraq Foruma qədər gətirə bilmişdir.