Prinsipat

Prinsipat (lat. principatus, prinseps Məclisi açan ilk senator) – şərti termin olub Qədim Romanın ilkin imperiya dövrünə (27 e.ə. — 284 b.e.) xas olan hakimiyyət-idarə üsülunun adı. Monarx və respublika hakimiyyətini özündə birləşdirən idarəetmə üsulu. Bu idarə üsulunun başında duran prinseps termini ilə adlandırılır. Prinseps monarx olmayıb, bərabər olanların birincisi sayılır. Bu o deməkdir ki, dıvlətin idarəetmə səlahiyyətlərinə xalq trubinas kimi prinseps də malikdir. Bəzən bu titul imperatorla qarışdırılır.

Qədim Roma tarixi

lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq

Prisipat sistemi Avqustun zamanından, hakimiyyətin müxtəlif magistratlara əsaslandığı bir dıvrdə tətbiq edilməyə başlanılmışdır. Avqust və onun xələfləri sonralar prinseps kimi öz əllərində ali vətəndaş (xalq tribunası) və magistratlara aid hərbi hakimiyyəti cəmləyərək respublika idarəçiliyini: senatı, komisi (xalq tribunasını) və magistratları (senzorlardan başqa) daha da formallaşdırırlar. Bu institutlara seçkilər və onların fəaliyyəti prinsepsin nəzarəti ilə həyata keçirildiyindən funksiyalarını getdikcə itirərək, beləliklə prinsipat hakimiyyəti siyasi simasını dəyişərək onun yerini imperator idarə üsulu tutmağa başlamış olur. Tarixdə prinsepat imperiyanın ilkin yaranma dövrünü səciyyələndirir.

Avqustun prinsipatı. Yeni siyasi sistem

[redaktə | mənbəni redaktə et]

E.ə 30-cu illərdən sonra Oktavianın vəziyyəti çətin olaraq qalırdı. Onun qarşısında bir neçə məsələ dururdu: Roma cəmiyyətinin sabitləşdirilməsi, ənənələrə və əski polis-respublika quruluşuna söykənərək onun yeni şəraitə uyğunlaşdırılması. Yeni sistem - prinsipat adını aldı (prinseps -"birinci") Prinsipat