Vidadi Musayev

Vidadi Həsən oğlu Musayev (5 dekabr 1948, Nərimanlı, Basarkeçər rayonu14 noyabr 2018, Bakı) — Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Texniki Universitetinin “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri, texniki elmlər doktoru, professor.[1]

Vidadi Musayev
Vidadi Həsən oğlu Musayev
Doğum tarixi 5 dekabr 1948(1948-12-05)
Doğum yeri
Vəfat tarixi 14 noyabr 2018(2018-11-14) (69 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Həsən
Elm sahəsi texniki elmlər
Elmi dərəcəsi professor
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları "Tərəqqi" medalı

Həyat[redaktə | mənbəni redaktə et]

1948-ci il dekabr ayının 5-də Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndində anadan olmuşdur.

1971-1973-cü illərdə Sovet Ordusu sıralarında zabit kimi xidmət etmişdir.

Təhsili[redaktə | mənbəni redaktə et]

  • 1971-ci ildə Azərbaycan Texniki Universitetinin (keçmiş Ç.İldrım adına Azərbaycan Politexnik institutu) Avtomatika və Hesablama Texnikası fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Paylanmış parametrli mürəkkəb idarəetmə sistemlərində dinamiki proseslərin tədqiqi, “Bulud” texnologiyaları infrastrukturunun işlənməsi.

  • 1974-1983-cü illərdə ETLİNeftkimyaavtomat elm-istehsalat birliyində kiçik elmi işçi, böyük elmi işçi, elmi-tədqiqat laboratoriyasının müdiri, 1983-cü ildən Azərbaycan Texniki Universitetinin “İnformatika və kompüter texnikası” kafedrasının dossenti
  • 2000-2007-ci illərdə həmin universitetdə prorektor
  • 2007-ci ildən “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri işləyir.[1]

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu nəzdində dissertasiya şurasının, BDU nəzdində Riyaziyyat İnstitutunun dissertasiya şurası seminarının, “AzTU-nun Elmi əsərləri” elimi-texniki və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyaları Problemləri” elmi-texniki jurnallarının redaksiya heyətinin üzvüdür. Mütəmadi olaraq doktorluq və fəlsəfə doktoru dissertasiya işlərinə apponentlik edir.

200-dək elmi işlərin, o cümlədən 10 dərslik və dərs vəsaitinin, bir neçə metodiki vəsaitlərin, dörd monoqrafiyanın (onlardan biri Almaniyada nəşr edilmişdir) müəllifidir.

Vidadi Musayevin rəhbərliyi ilə kafedrada “Paylanmış parametrli mürəkkəb sistemlərin identifikasiyası və idarə edilməsi” mövzusunda dövlət büdcəli ETİ iş yerinə yetirilir.

İxtisas qrupunun tələbələrini cəlb etməklə kafedrada prof. H.Ə.Məmmədovun və V.Musayevin rəhbərliyi altında “AzTU-nun qlobal informasiya şəbəkəsi” mövzusunda xüsusi layihə işlənmişdir. Layihənin məqsədi müasir informasiya kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməklə kompüterdə AzTU-nun kompüter şəbəkəsinin ümumi konfiqurasiyasının qurulması, videoroliklərin hazırlanması və tədris prosesində istifadə etmək üçün CD-disklərin hazırlanmasıdır. Bu kimi işlərin və elmi-tədqiqat işlərinin nəticələri bakalavr və magistr dissertasiya işlərinin yerinə yetirilməsində istifadə olunur (videoroliklər və şəkillər).[1]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

2011-ci ildə Azərbaycanda mühəndis kadrların hazırlanmasında və texniki elmlərin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Musayev Vidadi Həsən oğlu". 2018-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-14.