Vidadi Cəmil oğlu Xəlilov ( 25.12.1942, Çərəkən, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın pedaqoq alimi, pedaqogika üzrə elmlər doktoru (1994), professor (1997), Azərbaycan Respublikasının əməkdar müəllimi (2006), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2011).
Vidadi Cəmil oğlu Xəlilov 1942-ci il dekabrın 25-də Azərbaycan Respublikası Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olmuşdur[1]. Orta ümumtəhsil məktəbini 1959-cu ildə bitirmişdir. 1964-cü ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqogika və ibtidai təhsil fakültəsində ali təhsilini başa vurmuşdur. İnstitutun son kursunda oxuyarkən Bakıdakı 7 nömrəli məktəbdə müstəqil pedaqoji fəaliyyətə başlamış (1963), bədii rəhbər və musiqi müəllimi vəzifəsində çalışmışdır. Paralel olaraq bu işi 1966-cı ildə 132 nömrəli məktəbdə də davam etdirmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına daxil olmuş, 1971-ci ildə aspirantura təhsilini uğurla başa vurmuşdur. Bundan sonra institutda kiçik elmi işçi (1971), baş elmi işçı (1976) və yeni yaradılan Estetik tərbiyə şöbəsinin müdiri (1977-2000), 2000-ci ildən 2014-cü ilədək Məktəbəqədər və ibtidai təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2014-cü ildən indiki Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş elmi məsləhətçisi vəzifəsində çalışır.[2]
Azərbaycan Alimlər İttifaqının estetika üzrə həmsədri, Təhsil Nazirliyinin məktəbəqədər və ibtidai təhsil üzrə elmi-metodik şurasının sədr müavini, "Məktəbəqədər və ibtidai təhsil" jurnalının redaksiya heyətinin üzvüdür.
Onun rəhbərliyi ilə 15 nəfər dissertasiya müdafiə edərək pedaqogika üzrə elmlər namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi almışdır. Elmlər namizədi və elmlər doktoru elmi dərəcəsi almaq üçün müdafiə edən 28 nəfərin dissertasiya işinə rəsmi opponentlik etmişdir. Bununla yanaşı, professor Vidadi Xəlilov estetika, estetik tərbiyə musiqi, təsviri incəsənət üzrə 40 adda monoqrafiya, proqram və dərsliyin, 200-dən çox məqalənin müəllifidir.
Alimin həyat və yaradıcılığından bəhs edən "Akademik Vidadi Xəlilov-70" kitabında (Bakı: Nərgiz, 2012, 18 ç.v. (254 s) onun geniş yaradıcılıq fəaliyyətinin müxtəlif istiqamətləri nəzərə çatdırılır.
- Seçilmiş əsərləri, I cild. Bakı: Nərgiz, 2011, 17 ç.v (272 s.)
- Seçilmiş əsərləri, II cild. Bakı: Nərgiz, 2011, 14,5 ç.v (231 s.)
- Seçilmiş əsərləri, III cild. Bakı: Nərgiz, 2011, 17 ç.v (270 s.)
- Seçilmiş əsərləri, IV cild. Bakı: Nərgiz, 2011, 21,25 ç.v (339 s.)
- Seçilmiş əsərləri, V cild. Bakı: Nərgiz, 2011, 24,25 ç.v (387 s.)
- Seçilmiş əsərləri, VI cild. Bakı: Nərgiz, 2012, 17 ç.v (270 s.)
- Seçilmiş əsərləri, VII cild. Bakı: Nərgiz, 2013, 19,5 ç.v (310 s.)
- Seçilmiş əsərləri, VIII cild. Bakı: Nərgiz, 2013, 17,5 ç.v (279 s.)
- Seçilmiş əsərləri, IX cild. Bakı: Nərgiz, 2013, 16,5 ç.v (263 s.)
- Seçilmiş əsərləri, X cild. Bakı: Nərgiz, 2013, 19,5 ç.v (303 s.)
- Seçilmiş əsərləri, XI cild. Bakı: Elm və təhsil, 2021, 13,5 ç.v (238 s.)
- Zirvə yolu. Bakı: Elm və təhsil, 2018, 8,5 ç.v (135 s.) (akademik Misir Mərdanov haqqında)
- Estetika aləminin böyük himayədarı. Bakı: Elm və təhsil, 2020, 4,5 ç.v (70 s.) (ulu öndər Heydər Əliyev haqqında)
- Bəstəkar Süleyman Ələsgərov. Bakı: İşıq, 1985, 3,15 ç.v. (71 s)
- Süleyman Ələsgərov. Bakı: İşıq, 1989, 7,1 ç.v. (94 s)
- Bəstəkar Qənbər Hüseynli (Bayram Hüseynli ilə) Bakı, Gənclik, 1997, 6,7 ç.v.
- Bəstəkar Oqtay Zülfüqarov. Bakı, Şur, 1997, 12,8 ç.v. (190 s)
- Композитор Октай Зулфигаров. Баку: Наргиз, 5 н.л. (72 стр)
- Yazdıqlarım yazdıqları: (Görkəmli elm incəsənət adamlarının həyat və yaradıcılıqlarından bəhs olunur. Bakı, Nərgiz, 2012, 31,5 ç.v. (374 s)
- Sadiqlik nümunəsi. Bakı: Nərgiz, 2015, 11 ç.v (112 s.) (musiqişünas, professor Nazim Kazımov haqqında)
- Şirin səsin sədası. Bakı: Elm və təhsil, 2018, 16,6 ç.v (135 s.) (əməkdar artist Təhmiraz Şirinov haqqında)
- Ustad məhəbbəti, ustad sənəti. Bakı: Elm və təhsil, 2018, 8 ç.v (82 s.) (xalq artisti Səkinə İsmayılova haqqında)
- "Dolanaram başına"nın heyrət aləmi. Bakı: Elm və təhsil, 2020, 6,5 ç.v (104 s.) (müğənni Qulu Əsgərov haqqında)
- Hacıbaba Həsənovun musiqi dünyası. Bakı: Elm və təhsil, 2022, 7,5 ç.v (117 s.)
- Əsrə bərabər ömür (akamedik Mehdi Mehdizadəyə həsr olunub)
- Bəstəkar Süleyman Ələsgərov (Əliheydər Kamaloğlu ilə)
- "Azərbaycan pedoqogikasında istedadlı uşaqlarla işin sistemi problemi professor Vidadi Xəlilovun təfsirində". Ə.Ə. Əlizadə. "İstedadlı uşaqlar-psixopedaqoji məsələlər: esseleər, etüdlər", XI fəsil. Bakı: 2005
- "Vidadi Xəlilov". Allahverdi Eminov. "XX əsrin 20 böyük Azərbaycan pedaqoqu". Bakı: Araz, 2002
- "Görkəmli vətəndaş, görkəmli alim". Hidayət Musabəyli, Məmməd Elli. "Hamıya doğma insan". Bakı: Nərgiz, 2002
- "Professor Vidadi Xəlilov". Cəbrayıl alimləri (ensiklopedik toplu). Bakı: Adiloğlu, 2008
- "Nəsillərə nümunə". Rəfiqə Mustafayeva. "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalı, 2003, № 1
- "Estetik tərbiyə probleminin mahir tədqiqatçısı". Fərrux Rüstəmov. "Sələflərim və müasirlərim" (pedaqoji oçerklər). Bakı: Elm və təhsil, 2010
- Xudaverdi Əlizadə. "İllər bəhərli illər..." "Azərbaycan müəllimi" qəzeti, 30 aprel 1976-cı il
- İslam Məmmədov. "Məktəbimizin yetirməsi". "Xudafərin" qəzeti, 22 yanvar 1983-cü il
- Rəfiqə Mustafayeva. "Zəhmətlə yoğrulmuş ömür". "Xudafərin" qəzeti, 12 dekabr 1992-ci il
- Qorxmaz Abdulla. "Hərtərəfli istedad sahibi". "Xudafərin" qəzeti, 13 fevral 1993-cü il
- Rəfiqə Mustafayeva. "Yüksəliş". "Azərbaycan müəllimi" qəzeti, 23 avqust 1995-ci il
- Əjdər Ağayev. "Estetik tərbiyə elmi məktəbinin görkəmli nümayəndəsi". "Azərbaycan müəllimi" qəzeti, 20-26 dekabr 2002-ci il
- Akif Abbasov. "Mənalı ömrün nur zərrələri". "Təhsil" qəzeti, 24 dekabr 2002-ci il
- Gülbəniz Məzahimqızı. "Mən onun yetirməsiyəm". "Təhsil problemləri" qəzeti, 2-8 dekabr 2002-ci il
- Malik Rəcəb. "Professor Vidadi Xəlilov". "Təhsil problemləri" qəzeti, 1-10 may 2006-cı il
- Telman Mehdixanlı, Əyyub Hüseynov. "Mehriban insan, cəfakeş tədqiqatçısı". "Azərbaycan" qəzeti, 25 dekabr 2002-ci il
- Nazim Kazımov. "Parlaq istedadın, zəhmətin bəhrəsi". "Azərbaycan müəllimi" qəzeti, 21 dekabr 2012-ci il
- Faiq Şahbazov, Akif Abbasov. "Pedaqogika elminin ləyaqətli nümayəndəsi". "Azərbaycan müəllimi" qəzeti, 22 dekabr 2017-ci il
- Allahverdi Eminov. "Müasirimizdən yazıram". "525-ci qəzet", 26 may 2022-ci il
- Akif Abbasov. "Professor Vidadi Xəlilov dünyası". "Azərbaycan müəllimi" qəzeti, 18 dekabr 2022-ci il
- "Ə.Y.Seyidov, M.M.Mehdizadə və M.Ə.Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. - səh. 437.
- "Estetik tərbiyə probleminin mahir tədqiqatçısı". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. - səh. 227.
- Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. - səh. 196.