Çərəkən

ÇərəkənAzərbaycan Respublikasının Cəbrayıl rayonunun Çərəkən kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çərəkən kəndi Horovlu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çərəkən kənd Soveti yaradılmışdır.[2] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]

Çərəkən
39°24′57″ şm. e. 47°03′59″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 500 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Çərəkən xəritədə
Çərəkən
Çərəkən

Kənd Çere adlanan ərazidə salınmışdır. Rusiya imperiyası illərində Çərəkanlu (Çarakən) kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının (sonralar - Qaryagin) tərkibində olub. Sovet hakimiyyəti illərində kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində olub.

Birinci Qarabağ müharibəsi nəticəsində 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, Azərbaycan ordusu Cəbrayıl rayonunun 9 yaşayış məntəqəsini: Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı- MaralyanDəjəl.[4] BBC xəbər verir ki, peykdən çəkilmiş görüntülərə görə Azərbaycanın cənubda tutduğu bütün kəndlər xarabalıqdadır və 1990-cı illərin əvvəllərində azərbaycanlı əhali irəliləyən ermənilərdən xilas olmaq üçün kəndləri tamamilə və ya qismən tərk edilmişdir.[5] 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Müdafiə Nazirliyi Çərəkən kəndinin Azərbaycanın nəzarəti altında olduğunu iddia etdiyi videogörüntülər yayıb.[6].

Kənd Çərə adlı sahədə salınmışdır. Çərə (örüş yeri) və kənd (d səsi sonralar düşmüşdür) komponentlərindən düzəlmiş bu oykonim "örüş yerində salınmış kənd" mənasındadır. 1933-cü ildə kəndin adı Çərəkənt variantında qeydə alınmışdır.[7]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd düzənlikdə yerləşir.

“1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsinin əhalisinin sayına dair statistik məlumatlar məcəlləsi”nə əsasən, Hacılı kənd dairəsinin Çərəkanlu kəndində 38 tüstü və məzhəbinə görə sünni və kəndli olan 165 azərbaycanlı ("tatarlar" kimi qeyd olunur) yaşayırdı.[8]

1912-ci il “Qafqaz təqvimi”nə əsasən, Qaryagin qəzasının Çərəkən kəndində 309 nəfər, əsasən təqvimdə “tatar” kimi göstərilən azərbaycanlılar yaşayırdı.[9]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  3. "Cəbrayılın 9 kəndi işğaldan azad edilib". qafqazinfo.az (az.). 4 oktyabr 2020. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  4. "Азербайджанская армия освободила от оккупации девять сел Джабраилского района - президент". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
  5. "Война в Карабахе, первая неделя: новая роль Турции и решимость Азербайджана". ВВС. 04.10.2020. 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
  6. Освобожденное от оккупации село Черекен Джебраильского района
  7. Çərəkən // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  8. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Тф. 1893. 234.
  9. Кавказский календарь. Тф. 1911. 223.
  10. Vəliyev Rauf Göyüş oğlu - Sədr Arxivləşdirilib 2016-07-04 at the Wayback Machine. acsc.az  (az.)