Çəmənlik bənövşəsi (lat. Viola arvensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Çəmənlik bənövşəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Çəmənlik bənövşəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bir və ya ikiillik bitkidir. Gövdəsi sadə budaqlanan, dikduran və ya azacıq əyilmiş, qabirğalı və tükcüklü olub, hündürlüyü 10–45 sm-ə bərabərdir. Yarpaqları qısa yumurtavari-üçbucaqşəkilli və ya uzunsov-yumurtavari, dişcikli, dairəvi, pazşəkilli əsasa malik olmaqla, uzun saplaqlıdır. Yuxarı yarpaqları uzunsov-neştərvari, künclü, kənarları düyünlü, qısasaplaqlı olmaqla, demək olar ki, oturaqdır. Yarpaqları lələkşəkilli-bölünmüş olub, iri paycıqla qurtarır. Çiçəkləri tək, düzgün olmayan əyilmiş uzun çiçək ayaqcığından ibarətdir. Kasacığı 5, xətti-neştərvari yarpaqcıqlardan, əsası fırlı dişciklərdən, 2 yuxarı yumurtaşəkilli, 2 yan ellipsşəkilli, göyümtül-bənövşəyi, aşağı hissəsi isə iri, dairəvi tozcuqdan tərs üçbucaqşəklli sarı və kənarları bənövşəyi rənglidir. Çöl bənövşəsinin çiçəyinin kənarları kiçik, kasacıq ləçəkləri uzun olmayan, yuxarı ləçəkləri ağ, ortasındakılar isə parlaq-sarı olur. May ayından sentyabr ayına qədər çiçəkləyir.
Zəif iyli, özünəməxsus şirin dadlı və seliklidir.
Meşə və talalarda, çəməklik və çöllərdə, təpəciklərdə, pöhrəliklərdə, alaqotu olan bostanlarda, yol kənarlarında rast gəlinir.
Çiçəkləmə zamanı (may-iyun) toplamaq lazımdır. İti bıçaq və oraqla 5–10 sm hündürlükdə kəsilərək toplanılır. Xammal toplandıqdan sonra günəşli havada çardax və digər qapalı yerlərdə qurudulmalıdır. Süni qurudulma 40оС temperaturda quruducu şkafda aparılmalıdır. Quru xammalın çıxım faizi 20–22% olur. Quru yerlərdə, qablaşdırılmış kisələrdə (3 il) saxlanılır.
Tərkibində askorbin turşusu, salisil turşusu (0,087%), selik (9,5%), ursol turşusu, karotinoidlər, saponinlər, acı maddələr, qan təzyiqini aşağı salan maddələr, flavonoidlər (rutin, violantin, C qlükozidlər: viteksin, izoviteksin, orientin, izoorinetin, vionaltin, viçetin-2, antosian: salisil turşusunun metil efiri, karotinoidlər, saponinlər və selik (25%) vardır. Çiçəklərində efir yağı və antosian qlükozidləri (vionaltin, delfidinin 3-qlükozid, peonidin 3-qlükozid), köklərində isə az miqdarda alkoloidlər vardır.
Öskürəkkəsici və sidikqovuvu dərmandır. Otunun tərkibində karotinoidlər, askorbin turşusu, selik, salisil, ursol turşuları, flavonoidlər, saponinlər və digər fenol birləşmələri vardır. Kökündə vieloemadin alkaloidi olduğundan qəbulu zamanı qusma yaradır.
Xammalı bitkinin yerüstü orqanlarıdır. Xammalından məhlul və ekstrakt hazırlanır ki, öskürəkkəsici və sidikqovucu maddə kimi müvəffəqiyyətlə tətbiq edilir. Ağciyər və yuxarı tənəffüs yollarının iltihabı xəstəliklərində, burun-udlaq xəstəlikləri, xüsusən difteriyada öskürəkkəsici dərman kimi istifadə olunur. Böyrək və sidikçıxarıcı yollarının xəstəliklərində, sidikqovucu və iltihabsorucu dərman kimi müvəffəqiyyətlə istifadə olunur. Tərqovucu və "qan təmizləyici", oynaq, dəri xəstəliklərində, frunkulyoz, səpki, diatez və ekzema xəstəliklərində tətbiq edilir. Oynaq və dəri xəstəliklərində vanna kimi xaricə tətbiq edilir. Otunun dəmləməsi öskürəkkəsici, sidikqovucu olduğundan difteriya və bronxit zamanı istifadə edilir. Son zamanlar bitkinin farmakoloji tədqiqatında onun allergiya əleyhinə aktivliyi aşkar edilmişdir. Tərkibində bioloji aktiv maddələrin çox olması onun kosmetologiya sahəsində də müvəffəqiyyətlə istifadə olunmasına zəmanət verir. Belə ki, dəmləməsini üzə islatma şəklində qoymaqla, sifətdə və saçda yağlı seborreyanı, sıyrıntıları və irinli yaraları müalicə etmək mümkündür.
1–2 xörək qaşığı bitkini 500 ml qaynar suda dəmləyərək (termosda) qəbul etmək lazımdır (sutqalıq doza). Məhlulu (10,0 : 200,0) 1 xörək qaşığı gündə 3 dəfə qəbul edilməlidir.
2 çay qaşığı bitkini 250 ml suda 5 dəqiqə ərzində dəmləmək lazımdır. Fincanla gündə 2–3 dəfə (öskürək olarsa tərkibinə bal qarışdırmaq lazımdır) qəbul etmək lazımdır. 24 saatdan çox müddətə içmək məsləhət deyil.
Xalq təbabətində nevroz, ürəkdöyünmə və halsızlıqda istifadə olunur.