Vitali Balasanyan

Vitali Mikaeloviç Balasanyan (erm. Վիտալի Բալասանյան; 5 mart 1959, Əsgəran, DQMV) — tanınmayan DQR-nin hərbçisi, siyasətçi, ictimai xadim, DQMV qondarma Milli Şurasının deputatı, tanınmaməş dövlətin general-mayoru. Birinci Qarabağ müharibəsindəki xidmətlərinə görə qondarma DQR tərəfindən "Artsax qəhrəmanı" adını almışdır. Xocalı soyqırımında iştirak etmişdir.[1]

Vitali Balasanyan
erm. Վիտալի Միխայիլի Բալասանյան
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1959(1959-03-05) (65 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası
Qoşun növü Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Döyüşlər
Rütbəsi general-mayor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vitali Balasanyan 1976-cı ildə Əsgəranda orta məktəbi bitirmişdir. Yezidi kürdüdür. 1977–1979-cu illərdə sovet ordusunda xidmət etmişdir. 1990-cı ildə İrəvanda Kooperativ Ticarət Texnikumunu, 2011-ci ildə Ermənistan Dövlət İqtisad Universitetini bitirmişdir.

Hərbi karyerası

[redaktə | mənbəni redaktə et]

Vitali Balasanyan 1988-ci ildə Əsgərənda erməni özünümüdafiə dəstələrindən birinə rəhbərlik etmişdir. 1990-cı ildə Əsgəran rayonunun özünümüdafiə qüvvələrinin komandiri seçilmişdir. 1996–1998-ci illərdə diviziya komandiri, 1998–1999-cu illərdə tanınmayan DQR Müdafiə Ordusunun komandirinin müavini, 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə tanınmayan DQR-nin müdafiə nazirinin müavini olmuşdur. 2000–2005-ci illərdə "Arsax Müharibəsi Veteranları Birliyi" ictimai təşkilatına rəhbərlik etmişdir. 2000-ci ildə general-mayor rütbəsi almışdır. Əsgəran rayonundan kənarda da bir sıra hərbi əməliyyatlarda iştirak etmişdir (Ağdam döyüşü, Horadiz əməliyyatı və s.). 2002-ci ildə "Arsax Qəhrəmanı" adına layiq görülmüşdür.

Vitali Balasanyan 2016-cı ilin aprel ayında Qarabağda baş verən Dördgünlük müharibədə də iştirak etmişdir.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Vitali Balasanyan Dağlıq Qarabağ Respublikası Ali Sovetinin birinci çağırışının, 2005-ci ildə "Daşnaksütun-Hərəkat 88"-in siyahısı ilə Arsax parlamentinin, 2010-cu ildə EİF Daşnaksütunun proporsional siyahısı ilə Arsax Milli Şurasının deputatı seçilmişdir. 2007–2010-cu illərdə tanınmayan DQR-nin prezidentinin məsləhətçisi olmuşdur. 28 aprel 2012-ci ildə tanınmayan DQR prezidenti postuna namizədliyini irəli sürmüş və 2012-ci ildə keçirilən prezident seçkilərində 32,5 % səs toplayaraq (22 966 nəfər), 66,7 % səs almış Bako Saakyana uduzmuşdur.[2][3][4]

  1. "Qasımovlar ailəsi Balasanyanın həbsini gözləyir". Qafqazinfo. 30 sen 2023. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  2. "В никем не признанном Нагорном Карабахе состоялись выборы президента". NEWSru.com. 19 iyl 2012. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.
  3. "На выборах в непризнанной Нагорно-Карабахской республике лидирует действующий президент". NEWSru.com. 20 iyl 2012. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.
  4. "Президентом непризнанного Нагорного Карабаха переизбран Бако Саакян". NEWSru.com. 20 iyl 2012. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]