Vitamin E (Tokoferol)

vitamin E (Tokoferol)

Tokoferol sözü yunancadan tokos – döl, phero – daşıyan sözlərinin birləşməsindən ibarət olub döldaşıyan mənasını verir.

Tokoferolların əsas mənbəyi bitki mənşəli: zeytun, günəbaxan, qarğıdalı, pambıq yağıdır. Qeyd etmək lazımdır ki,vitamin E ilə ən zəngin buğdanın rüşeymidir. İnsanın E vitamininə olan gündəlik təlabatı 15 mq-dır. Tokoferollar canlı hüceyrədə baş verən sərbəst radikal reaksiyanın sürətini azaldır. Bununla da bioloji membranlardakı doymamış lipidlərdə baş verən oksidləşmə reaksiyasına mane olur. Vitamin E əsasən sonsuzluğun, vaxtından əvvəl hamiləliyin pozulması,qaraciyər xəstəliklərində istifadə olunur. Yaxın zamanlarda aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, E vitamini insan orqanizmində maddələr mübadiləsinin normada saxlanıması, dəri və toxumaların adi metobolik prosseslərin səbəb olduğu zədələnmələrdən qorumasında vacib rol oynayr. Dəri — insanı ətraf mühitin daimi zədələrindən qoruyan vacib orqandır. Müxtəli kimyəvi və mexaniki təsirlər insan orqanizmi və xaric görünüşünə mənfi təsir etdiyindən,onun daimi olaraq qorumaya ehtiyacı var.Bu qoruma isə daxildən olmalıdır ki, daim zədəyə məruz qalan toxumalar, zəifləməyib, öz funksiyasını normal icra edə bilsinlər. Ümumi fenomen olan — fotoqocalma, günəş təsirindən yaranır. Ultrabənövşəyi və infraqırmızı şüalanma qocalma prosesini gücləndiri. Ultrabənövşəyi şüalar — sərbəst radikalların əmələ gəlməsinə səbəb olur. E və C vitamini kimi antioksidant maddələri də, ultrabənövşəyi şüaların təsirindəm məhv ola bilirlər. Sərbəst radikallar — yüksək reaksiyalı qabiliyyətə malikdirlər. Onların məhv edici potensialı yalnız dəri antioksidantları olan, yağda həll olunan E vitamini və suda həll olunan C vitamini tərəfindən neytrallaşdırıla bilir. Bu maddələri yerli və ya qida ilə qəbul etdikdə onlar sərbəst radikalların DNK, zülal və digər vacib molekulları zədələməmiş qarşısını ala bilirlər. Lakin ultrabənövşəyi şüalanmanını dozası artdıqca antioksidant qoruma zəifləyir və bu antioksidant qoruma sistemi daha az sərbəst radikalı bağlama gücünə malik olur. Bu sərbəst radikallar isə — toxumaların müxtəlif zədələnməsiə, DNK və zülalların modifikasiyasına gətirə bilərlər. Bu tip zədələnmə vaxtından əvvəl qocalmaya və hətta daha ciddi dəri problemlərinə səbəb ola bilir(dəri xərçəngi). Məhz bu səbəbdən bir çox insanların seçdiyi səhv qida rasionu, müxtəlif pəhrizlər və qeyri stabil qidalanma, gələcəkdə bir çox xəstəlikk və zədələnmələrə səbəb olur. Buna görə, hər bir insan ən əsası normal qidalanma, günəşin çox qızmar vaxtında günəş altında olmamaq və sağlamlığının qorunması üçün bir çox digər qaydalara əməl etməlidir. E vitamin həmçinin iltihabəleyhi effektinə malikdir. Bu səbəbdən bir çox kosmetik vasitələrin tərkibində bu maddə istifadə olunur. Bu vitaminə olan ehtiyacı qida məhsullarından əldə etmək daha məsləhətli olduğundan, sizə E vitamini ilə zəngin olan məhsulları bir neçəsinin adını təqdim edirik: Buğda, buğda yağı, taxıl, rafinə olunmamış bitki yağı, qoz, tum, yumurta, yaşıl yarpaqlı tərəvəzlər, balıq və ümumilikdə bütün dəniz məhsulları.

E Vitamininin əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

E vitamini ürək xəstəliklərindən qorunmaq və xüsusilə damar sərtləşməsini önləmək baxımından əhəmiyyətlidir. Bu səbəbdən kafi miqdarda E vitamini almaq sinə ağrılarını yüngülləşdirər, ürək böhranı, iflic riskini azaldır, tıxanan damarlar səbəbiylə görülən qıç ağrılarını azaldır və yüksək təzyiqin salınmasına köməkçi olar. E vitamini həmçinin şəkər xəstəliyi müalicəsində və bu xəstəliyə bağlı ağırlaşmaların azaldılmasında tövsiyə edilən vitaminlər arasındadır. Ağciyər və ağız xərçəngi başda olmaq üzrə polip, prostat və pankreas xərçənginə qarşı bədənin müqavimətini artıra bilİr. Həmçinin, bədəndə antioksidan rolunu oynayır və hüceyrələri sərbəst radikalların yaratdığı zərərlərdən qorumağa kömək edir[1]. Alzheymer xəstələrində və ağlını itirmə, yaddaş zəifliyinin digər növləri üçün tövsiyə olunur. Narahat qıç sindromu və epilepsiya müalicəsində digər dərmanlarla birlikdə E vitamini möhkəmlətməsi tövsiyə edilir. Geçikmiş hamiləlikdə təzyiqi nəzarət altında tutmaq üçün istifadə edilə bilinir. Aybaşı əvvəli sindromu, sancılı aybaşı, menopoz sindromunun şiddətini azaltmaq üçün tövsiyə edilir. Diyaliz və radiasiya müalicəsinin bədəndə yaratdığı mənfi təsirləri azaltmaq üçün istifadə edilə bilinir. E vitaminin əhəmiyyəti katarakt, astma, tənəffüs yolu infeksiyaları, dəri xəstəlikləri, günəş yanığı müalicəsi, sonsuzluq, iqtidarsızlıq, xroniki yorğunluq, peptik xora və allergiya müalicəsində arta bilər və bu xəstəliklərin müalicəsində E vitamini möhkəmlətməsi təklif olunur.Vitamin E bədənin immunitet sistemini artırmaq, zərərli bakteriyaviruslarla mübarizə aparması üçün önəmlidir[1].

Mütəxəsislər E vitamini möhkəmlətməsi istifadə yerinə qida dəyəri yüksək olan, digər vitamin və minerallar baxımından da zəngin olan və E vitamini ehtiva edən təbii yağların, tərəvəz və meyvələrin, tam taxıllı qidalar istehlak səhiyyə baxımından daha faydalı olduğunun vurğulayırlar.

E vitaminin təsiri

[redaktə | mənbəni redaktə et]

E vitamini aşağıdakı xəstəliklərdən qorunmaq və bu xəstəliklərin müalicəsi əsnasında istifadə edilə bilər. Alzheimer xəstəliyi, sancılı aybaşı, aybaşı əvvəli sindromu, kemoterapi, qaraciyər xəstəlikləri, hamiləlikdə yüksək təzyiq, uşaqlarda böyrək problemləri, parkinson xəstəliyi, günəş yanığı, göz əməliyyatı sonrası, yarımçıq körpələrdə beyin və ürək qanaması riskinin azaldılması, fiziki performans, yaşlılarda enerji əskikliyi.

Nə qədər E vitamini alınmalı

[redaktə | mənbəni redaktə et]

Sağlam insanlar üçün gündəlik olaraq alınması tövsiyə olunan E vitamini miqdarları bu şəkildədir.

  • 0–6 aylıq körpələr 4 mq,
  • 7–12 aylıq körpələr 5 mq,
  • 1–3 yaş arası uşaq 6 mq,
  • 4–8 yaş arası uşaq 7 mq,
  • 9–13 yaş arası uşaq 11 mq
  • 14 yaşından böyüklər üçün isə gündəlik tövsiyə edilən E vitamini miqdarı 15 mq, əmizdirmə dövründə isə gündəlik ehtiyac 19 mq-a qədər yüksələ bilir.

E vitamininin zərəri varmı?

[redaktə | mənbəni redaktə et]

E vitaminini yalnız istehlak etdiyiniz qidalardan əldə edirsinizsə, bu mövzuyla əlaqədar hər hansı bir yan təsir və ya zəhərlənmə ehtimalı məlumatı yoxdu. Ancaq çox miqdarda E vitamini möhkəmlətməsi istifadə edirsinizsə, bunun bəzi yan təsirlərə yol aça biləcəyini unutmayın. Həddindən artıq miqdarda E vitamini almaq qanama riskini artırar və mövcud qanamanın (aybaşı dövrü kimi) daha uzun sürməsinə səbəb ola bilər. Bəzi kəslərdə qanın laxtalanmasını gecikdirdiyi təsbit edilmişdir. Çox E vitamini üçün üst sərhəd olaraq 1000 mq göstərilməkdədir və bu normal olaraq alınması lazım olan E vitaminin (böyüklər üçün) təxminən 60 dəfə çoxdur.

E Vitamini və dəriyə qulluq

[redaktə | mənbəni redaktə et]

E vitamininin antioksidant təsiri kosmetik dəri baxım məhsullarında tez seçim edilən bir komponent olmasını təmin etməkdədir. Antioksidanlar bədənimizdə olan və sərbəst radikal adı verilən molekulların dəriyə verdiyi ziyanı minimuma endirir. Bu sayədə kollagen istehsalı davam edərək dərinin həddindən artıq quruması önlənər və qırış əmələ gəlməsi yavaşlayar. E vitaminin dəriyə digər bir faydası isə günəşin zərərli UV şüalarına məruz qalaraq həddindən artıq yanan dərinin özünü toparlama müddətini qısaltmasıdır. Dərinizi yaz aylarında günəşə qarşı qorumaq üçün mütləq yanmağı gözləməniz lazım deyil. Günəşin sıx olduğu aylarda E vitamini başda olmaq üzrə digər vitaminləri nizamlı olaraq almaq günəşin dəridə yaratdığı ziyanı minimuma endirəcəkdir. Ən güclü antioksidanlardan biri olan E vitamini bədən tərəfindən yetişdirilmədiyindən dərinin görünüşünü qorumaq üçün mütləq qidalar yoluyla kafi miqdarda alınmalıdır. Bununla bəarabər E vitamini ehtiva edən dəri baxım kremlərini və təbii yağları dəri səthində istifadə edib dərini qorumaq üçün təklif edilir.

  1. 1 2 "Vitamin E" (ingilis). ods.od.nih.gov. 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-12.