Vitiliqo xəstəliyi

Vitiliqo xəstəliyi — Elmi adı vitiliqo, xalq dilində ala xəstəliyi adlandırılan bu xəstəlik autoimmun dəri patologiyasıdır[3]. Yəni immun sistem hüceyrələrinin dəriyə rəng verən melanosit hüceyrələrinə hücumu və zədələməsi nəticəsində dəridə ağ ləkələr yaranır. Ağ ləkələr melanosit hüceyrələrindən binəsib qalan depiqmentasiya sahələridir. Xəstəlik hər yaşda görülə bilər. Pediatrik qrupda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir.[4][5] Treatment options include topical medications, light therapy, surgery and cosmetics.[5]

Vitiliqo xəstəliyi
XBT-10-KM L80
XBT-9 709.01
XBT-9-KM 709.01[1][2]
OMIM 193200
DiseasesDB 13965
MedlinePlus 000831
MeSH D014820
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vitiliqo xəstəliyinin yaranması avtoimmun mexanizmlərlə əlaqəlidir. Xəstələrin immun sistemi ekzogen və endogen faktorların təsirindən provokasiyaya uğradılır. Provokasiya nəticəsində avtoimmun mexanizmlər işə düşərək dəriyə rəng verən melonosit hüceyrələrin məhv edilməsi başlayır. Nəticədə dəridə ağ ləkələrə səbəb olan depiqmentasiya sahələri yaranır. Provokasiyaedici faktorlara günəş şüaları, stress, travma daxildir. Bütün yuxarıda sadalanan mexanizmlərin əsasında isə immun sistem hüceyrələrinin genetik səviyyədə olan pozuntusu dayanır.[6][7]

Klinik əlamətlər

[redaktə | mənbəni redaktə et]

Vitiliqo xəstəliyində əsas klinik əlamətlər dəridə ağ ləkələr verən depiqmentasiya sahələridir. Dərinin istənilə yerində meydana gələ bilər. Əsasən gözətrafında, dodaqətrafında, dirsəklərdə, dizlərdə, topuqda, biləklərdə, əllərin və ayaq pəncəsinin üzərində ağ ləkələr şəklində özünü göstərir.[8] Olduğu sahələrdə tüklərdə ağarma da müşahidə edilir. Əsasən asimptomatik olur. Bəzən göynəmə və qaşıntı əlamətləri də yarana bilər. Bəzən ağ ləkələr bütün dərini əhatə edə bilər. Məşhur müğənni Maykl Ceksonda olduğu kimi.[9]

Ala xəstəliyinin diaqnozu əsasən kliniki yollarla qoyulur. Lakin vitiliqonun qarışa biləcəyi çox dəri xəstəliyi vardır. Ona görə diaqnozu dəqiqləşdirmək üçün əlavə müayinə üsullarına tez-tez ehtiyac duyulur. [10]

Wood Lampası Müayinəsi: UV İşığı altında Dərinin Təhlili

Wood lampası ilə qaranlıq otaq müayinəsi bunlardan ən çox istifadə edilən üsuludur. Bundan başqa laborator və biokimyəvi analizlərə də ehtiyac duyula bilər. Nadirən diaqnozu dəqiqləşdirmək üçün dəri biopsiyasına müraciət edilir.

Müalicəsi və profilaktikası

[redaktə | mənbəni redaktə et]

Vitiliqo xəstəliyinin müalicəsində lokal kortikosteroid məlhəmlərindən istifadə edilir. Profilaktikasında SPF günəş kremlərindən istifadə edilir. xəstəliyin müalicəsi çətin olsa mümkünsüz deyildir. Hər bir vitiliqo xəstəsi müalicələr almalı və profilaktik tətbirləri davamlı qaydada icra etməlidir. bu xəstəlikdən sağalanlar xəstələr vardır.[11]

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. James, William D.; Elston, Dirk; Treat, James R.; Rosenbach, Misha A.; Neuhaus, Isaac. 36. Disturbances of pigmentation // Andrews' Diseases of the Skin: Clinical Dermatology (ingilis) (13th). Edinburgh: Elsevier. 2020. 871–874. ISBN 978-0-323-54753-6. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
  4. "Vitiligo – Symptoms and causes". Mayo Clinic. 2015-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.
  5. 1 2 "Vitiligo Symptoms, Treatment & Causes". NIAMS. 12 April 2017. 2007-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.
  6. National Institute of Arthritis and Musculoskeletal and Skin Diseases. "What Is Vitiligo? Fast Facts: An Easy-to-Read Series of Publications for the Public Additional". March 2007. 15 July 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-18.
  7. Halder RM. 72. Vitiligo // Wolff K, Freedberg IM, Fitzpatrick TB (redaktorlar ). Fitzpatrick's dermatology in general medicine (7th). New York: McGraw-Hill Professional. 2007. ISBN 978-0-07-146690-5. OCLC 154751587.
  8. Whitton, ME; Pinart, M; Batchelor, J; Leonardi-Bee, J; González, U; Jiyad, Z; Eleftheriadou, V; Ezzedine, K. "Interventions for vitiligo". The Cochrane Database of Systematic Reviews. 2015 (2). 24 February 2015: CD003263. doi:10.1002/14651858.CD003263.pub5. PMC 10887429 (#bad_pmc). PMID 25710794.
  9. Halder, RM; Chappell, JL. "Vitiligo update". Seminars in Cutaneous Medicine and Surgery. 28 (2). 2009: 86–92. doi:10.1016/j.sder.2009.04.008. PMID 19608058.
  10. "Ala xəstəliyi (Vitilqo)" (az.). İstifadə tarixi: 2024-05-11.
  11. "Ala xəstəliyinin (Vitilqo) müalicəsi" (az.). İstifadə tarixi: 2024-05-11.