Vladimir İkayev (oset. Икъаты Владимир; 1 avqust 1936, Cənubi Osetiya Muxtar Vilayəti – 27 yanvar 1990, Sxinval) — Cənubi Osetiya şairi, tərcüməçi, jurnalist, publisist və ictimai xadim.
Vladimir İkayev | |
---|---|
Doğum tarixi | 1 avqust 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 27 yanvar 1990 (53 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, tərcüməçi, publisist |
1936-cı ildə Gürcüstan SSR, Cənubi Osetiya Muxtar Vilayəti, Tsxinvali rayonu, Sotsi kəndində böyük bir kəndli ailəsində anadan olmuşdur. İbtidai təhsilini doğma kəndinin məktəbində alır, sonra fərqlənmə diplomu ilə bitirdiyi Verxnı Çerdəki səkkiz illik məktəbdə oxuyur. 1954-cü ildə qəbul imtahanları olmadan Stalinir Pedaqoji Məktəbinə daxil olur[1]. 1963-cü ildə bitirdiyi Cənubi Osetiya Pedaqoji İnstitutunun Filologiya fakültəsinin Osetiya-Rus şöbəsinə daxil olur[2][2]. Tələbə ikən ilk şeirlərini Cənubi Osetiyanın dövri mətbuatında çap etdirmişdir. Cənubi Osetiya Pedaqoji İnstitutunu bitirdikdən sonra Tsxinvalidə korrektor, tərcüməçi, müxbir, icra katibinin müavini, "Soveton İriston" qəzetinin mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Qazaxıdtan SSR Dövlət Universitetinin Jurnalistika fakültəsini qiyabi bitirmişdir[3]. 1960-cı illərin ortalarında Jurnalistlər Birliyinə və SSRİ Yazıçılar Birliyinə qəbul edilir. 1967-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olur.
1972-1982-ci illərdə müxbir, Cənubi Osetiya Televiziya və Radio Yayımları Komitəsində redaktor və İriston nəşriyyatında redaktor vəzifələrində çalışmışdır. Beş yüzdən çox publisistik məqalə nəşr etmişdir. Osetin dilinin öyrənilməsinə və qorunmasına məqalələrində xüsusi diqqət yetirirmişdir. İbtidai siniflərdən osetin dilində dərs verməyə, Cənubi Osetiya Muxtar Vilayətində osetin və rus dillərinə dövlət statusu verməyə çağırmışdır. Birinci siniflər üçün oset. «Дамгъæты дунейы» adlı dərslik nəşr etdirir. Cənubi Osetiyanın suverenliyini müdafiə edir. 1980-ci illərin sonlarında o, millətçi gürcü hərəkatına qarşı çıxış etdiyi çoxsaylı məqalələr dərc edərək Cənubi Osetiyanın ictimai həyatında fəal iştirak edir. "Adamon nixas" təşkilatının qurucularından biri olur[4].
On beş il ərzində Əhdi-Cədidin osetin dilinə tərcüməsi üzərində çalışır[4][5].
Osetin yazıçısı Meliton Kaziyev Vladimir İkayev haqqında belə yazır: "Osetiya ədəbiyyatının, ədəbi dilinin inkişafına əhəmiyyətli töhfə verdi, uşaq ədəbiyyatını parlaq sənət əsərləri, obrazlar və şəkillərlə, mövzu və dil çeşidliyi ilə zənginləşdirdi" .
Vladimir İkayevin şeirlərindən bəzilərinə musiqi bəstələnmişdir.
Tsxinvalidə bir küçə və Cənubi Osetiyadakı məktəblərdən biri onun adını daşıyır.
Dmenis kəndində Vladimir İkayevə abidə qoyulmuşdur[5][6].
Şərəf ordeni (Cənubi Osetiya), ölümündən sonra (2004).