Vladimir Canıbekov

Vladimir Aleksandroviç Canıbekov [d.13.5.1942, Qazaxıstan SSR, Cənubi Qazaxıstan vilayəti, Bostanlıq rayonunun İsgəndər kəndi. (Özbəkistan, indiki Daşkənd vilayəti. Bostanlıq rayonunun İsgəndər qəs.)] — SSRİ təyyarəçi kosmonavtı, aviasiya general mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1978,1981).[1]

Vladimir Canıbekov
rus. Владимир Александрович Джанибеков, ing. Vladimir Aleksandrovich Dzhanibekov
Vladimir Aleksandroviç Canıbekov
Vladimir Aleksandroviç Canıbekov
Doğum tarixi (82 yaş)
Doğum yeri İskəndər kəndi, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan Sovet Sosialist Respublikası Qazaxıstan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Təhsili
Fəaliyyəti SSRİ təyyarəçi kosmonavtı
Partiyası
Mükafatları Sovet İttifaqı Qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı ulduz" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı"Fəxri Legion" ordeninin Zabit dərəcəsi
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeysk Ali Hərbi Aviasiya Təyyarəçilər Məktəbini bitirdikdən (1965) sonra HHQ-də təyyarəçi-təlimatçı kimi xidmət etmişdir. 1970-ci ildən kosmonavtlar dəstəsindədir. 5 kosmik uçuş keçirmişdir. İlk uçuşunu (10–16.1.1978) “Soyuz-27” kosmik gəmisində (KG) gəmi komandiri kimi və “Salyut-6” orbital stansiyasında həyata keçirmişdir. Uçuş 5 sutka 22 saat 59 dəqiqə davam etmişdir. İkinci uçuşu (22–30.3.1981) “Soyuz-39” KG (beynəlxalq sov.-monqol ekipajının komandiri kimi) və “Salyut-6”orbital stansiyasında olmuşdur (uçuş müddəti 7 sutka 20 saat 42 dəq.). Üçüncü uçuşu (24.6.–2.7.1982) sov.-fransız ekipajının komandiri kimi “Soyuz T-6” KG və “Soyuz T-5” KG ilə birləşmiş “Salyut-7” orbital stansiyasında yerinə yetirmişdir. Uçuş 7 sutka 21 saat 51 dəqiqə davam etmişdir. 17–25.7.1984-cü ildə “Soyuz T-12” və “Soyuz T-11” KG ilə birləşmiş “Salyut-7” orbital stansiyasında komandir kimi dördüncü uçuşu həyata keçirmişdir. Uçuşun davam etdiyi 11 sutka 19 saat 14 dəq. ərzində o, açıq kosmik fəzaya çıxışı həyata keçirmişdir (3 saat 35 dəq.). 112 sutka 3 saat 51 dəqiqə davam edən beşinci uçuşu (6.6.–26.9.1985) “Soyuz T–13” KG-ndə (gəminin komandiri kimi) və “Salyut-7” orbital stansiyasında yerinə yetirmişdir. Açıq kosmosda 5 saat davam edən mürəkkəb texnoloji əməliyyatları yerinə yetirmişdir. 5 dəfə Lenin ordeni, Fransanın Fəxri Legion ordeni (1982) və medallarla təltif olunmuşdur.[1]

Mükafatları və təltifləri

[redaktə | mənbəni redaktə et]

O, həmçinin, Qaqarin, Kaluqa (Rusiya), Aralık (Qazaxıstan) və Hyuston (ABŞ) şəhərlərinin fəxri vətəndaşıdır.

  1. 1 2 Canıbekov// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 187-188.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]