Vladimir Fekete

Vladimir Fekete (slovak. Vladimír Fekete, 11 avqust 1955, Bratislava) — Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi.[1]

Vladimir Fekete
Orijinal adı
Vladimír Fekete
KilsəRoma Katolik Kilsəsi
Təyin edilib5 noyabr 2009 (Missiya rəhbəri kimi)
4 avqust 2011 (Prefekt kimi)
SələfYan Çapla
Təyinatlar
Təyinat30 yanvar 1983
Təqdis11 fevral 2018
Paul Riçard Qallager tərəfindən
RütbəYepiskop
Şəxsi məlumatlar
Doğum (68 yaş)
Bratislava, Çexoslovakiya
Yaşadığı yerBakı, Azərbaycan Azərbaycan
TəhsiliKomenski Universiteti
ŞüarDa Mihi Animas
Vladimir Fekete gerbi

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vladimir Fekete 1955-ci ilde Bratislava yaxınlığındakı Xorvatski Qrob kəndində doğulub. 1979-cu ildə Bratislavada Komenski Universitetinin təbiət elmləri bitirib. 1981-ci ilde Don Boskonun Saleziyanları cəmiyyətinə gizlincə qoşuldu və 30 iyun 1983-cü ildə Berlində Volfqant Veyder tərəfindən keşiş kimi təqdis olundu. 1990-ci ildə Slovakiyada kommunist rejiminin süqutuna qədər geoloq kimi çalışıb. 1989-cu ildən sonra Levoçada Saleziyalı katolik tələbələrin cəmiyyətində direktor olub. 1993-1999-cı illərdə Slovak Saleziyanların vikarı kimi fəaliyyət göstərib. 1999-cı ildə Lüblin Katolik Universitetində teoloji dərəcəsini alıb. 1999-2005-ci illərdə Slovak Saleziyanların rəhbərliyinə geri qayıdıb. 2006-cı ildə Romada Papa yanında Saleziyan Universitetindəki didaktik təhsilini bitirib. 2006-2009-cu illərdə Saleziyan tələbələrin ustadı kimi fəaliyyət göstərib.

Bakıdakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

5 noyabr 2009-cu ildə Papa XVI Benedikt tərəfindən Katolik kilsəsinin Bakıdakı missiyasına baş keşiş kimi təyin edilib. 4 avqust 2011-ci il tarixindən etibarən Azərbaycan Həvari Prefektinin rəhbəri kimi çalışır.[2] 2 oktyabr 2016-cı ildə Papa Fransiski Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində qarşılayıb. 8 dekabr 2017-ci ildə rütbəsi yepiskopluğa qaldırıldı.[3] 11 sentyabr 2018-ci ildə təqdisetmə mərasimi keçirildi və Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager tərəfindən yepiskop kimi təsdiqləndi.

Vladimir Feketenin gerbi Marek Sobola tərəfindən hazırlanmışdır.[4]

Gerb Mənası
  1. Qırmızı rəng - Slovakiya bayrağının və Azərbaycan bayrağının ortaq rəngi
  2. Üç dağ - Slovakiyadakı Tatra və Azərbaycandakı Qafqaz dağlarının simvolu
  3. İki ağ zanbaq - Bakirə Məryəmin simvolu
  4. Səkkiz guşəli ulduz - Azərbaycan bayrağı və gerbindəki simvollardan biri, həmçinin Papa Fransiskin gerbindəki ulduzu bildirir
  5. Latınca şüar "Da Mihi Animas" (Mənə xalqı ver) - Bibliyanın Yaradılış kitabının 14:21 ayəsinə (Xalqımı mənə ver, mal-mülk sənə qalsın) istinaddır. Bu şüar Saleziyan cəmiyyətinin şüarıdır.
  1. "Bishop Vladimír Fekete, S.D.B." 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-09.
  2. "Slovakiyalı Salesiyan Vladimir Fekete Azərbaycandakı kilsə missiyasına rəhbərlik edir". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-09.
  3. Azərbaycan Katolik Kilsəsinin ordinarinə yepiskop rütbəsi verildi[ölü keçid]
  4. "Mons. Vladimír Fekete SDB – titulárny biskup municipijský". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-09.