Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasinda ilk dövlət və dövlət başçısı kimi Putin BCM tərəfindən həbs edilməsi tələb edilən üçüncü dövlət başçısı oldu.[2] Ondan əvvəl BCM Sudan prezidenti Ömər əl-Bəşir və Liviya hökmdarı Müəmmər Qəddafiyə qarşı ittihamlar irəli sürmüşdü.[3]
Putinlə birlikdə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə qərar verilib .
Reuters-in qeyd etdiyi kimi, qərarın verilməsindən sonra Roma Nizamnaməsini ratifikasiya etmiş 123 ölkədən hər hansı birində Putin və Lvova-Belova peyda olarlarsa həbs olunaraq BCM-ə təhvil verilməlidirlər.[4]
2022-ci ilin noyabrına olan məlumatlara görə, Ukraynadan Rusiyaya 300 mindən 705 minədək uşaq aparılıb.[5] Uşaqlar məcburi övladlığa götürülməyə, ruslaşdırmaya və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalırlar.[6]
Rusiya hakimiyyəti həm yetimləri, həm də valideynləri olan uşaqları çıxarır. Xüsusilə, yüzlərlə ukraynalı uşaq Xersondan Rusiya tətil düşərgələrinə, bəzi hallarda valideynlərin icazəsi olmadan və ya valideynlərə təzyiq nəticəsində göndərilib.[7] Valideynlər övladlarının hazırkı yeri haqqında məlumat almır, onlara övladlarının qaytarılması da imtina edilir.[8]
Mayın 30-da Rusiya prezidenti Putin ukraynalı yetimlərə Rusiya vətəndaşlığının verilmə qaydalarını sadələşdirdi.[9]Ukrayna Xarici İşlər Nazirliyi bununla da Putinin uşaqların oğurlanmasını faktiki olaraq qanuniləşdirdiyini vurğuladı.[10]
Beynəlxalq hüquq nöqteyi-nəzərindən yetkinlik yaşına çatmayanların zorla deportasiyası insanlığa qarşı cinayət hesab olunur:[11]
Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 1949-cu il Cenevrə Konvensiyasına əsasən işğalçıların uşaqların mülki statusunu dəyişmək hüququ yoxdur;[12]
Rusiya BMT-nin Uşaq Hüquqları Konvensiyasının uşaqların ad almaq və vətəndaşlıq əldə etmək hüququnu təmin edən 7-ci maddəsini də pozub;[13]
Rusiya İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanı ratifikasiya edib , ona əsasən “heç kəs vətəndaşı olduğu dövlətin ərazisindən nə fərdi, nə də kollektiv şəkildə çıxarıla bilməz”.[15]
BMT Komissiyası ukraynalı uşaqların deportasiyasını müharibə cinayəti kimi qiymətləndirdi.[16]
The New York Times Rusiyanın öz məmurlarını təslim etməkdən imtina etməsi və məhkəmənin müttəhimləri qiyabi mühakimə etməməsi səbəbindən cənab Putinin hakimiyyətdə qaldığı müddətdə mühakimə ehtimalının cüzi olduğunu bildirib.[17]ABŞ Dövlət Departamentinin Müharibə Cinayətləri Məsələləri üzrə sabiq nümayəndəsi Stefen Rap bu barədə qeyd etmişdir ki, əgər Putin səyahət edərsə, həbs riski ilə üzləşir və bu qərarın bitmə tarixi yoxdur.[18] Utrext Universitetinin professoru İva Vukusiçin fikrincə, Putin açıqca müttəfiq olan və ya heç olmasa bir qədər Rusiya ilə müttəfiq olan ölkələrdən başqa heç bir yerə səyahət edə bilməyəcək.[19]
Sky News analitiki Şon Bellin fikrincə , həbs qərarı Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh danışıqlarını çətinləşdirə bilər.[20]Əl-Cəzirə jurnalisti Əhməd Tveyc iddia edir ki, Putin kimi keçmiş ABŞ prezidenti Corc Buş da İraq müharibəsindəki rolu və müharibə cinayətlərinə görə BCM qarşısında cavab verməlidir.[21] İngilis jurnalisti Corc Monbiot Guardian - da Putini hədəf alan BCM-nin təşkilatın qeyri-qərblilərin cinayətlərinin mühakimə olunması lehinə olan qərəzinin nümunəsi olduğunu yazaraq "Bu cür cinayətlərdə afrikalılar daha böyük vəhşiliklər törədən qərb liderlərinə qarşı siyasi müdafiələrindən istifadə etmirlər" qeyd etmişdir.[22]