Vladimira Uboreviç

Vladimira (Mira) İeronimovna Uboreviç (rus. Владимира (Mira) Иеронимовна Уборевич; 14 fevral 1924, Çita, RSFSR[d]21 fevral 2020, Moskva) — Ordu komandanı İeronim Uboreviçin qızı, memar. O, Moskvanın “Vremya” nəşriyyatında çap olunmuş “Yelena Sergeyevna Bulqakovaya 14 məktub” kitabının müəllifidir.[1]

Vladimira Uboreviç
Doğum tarixi 14 fevral 1924(1924-02-14)
Doğum yeri
Vəfat tarixi 21 fevral 2020(2020-02-21) (96 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Təhsili
  • Moskva Memarlıq İnstitutu[d]
Fəaliyyəti memar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladimira Uboreviç 1924-cü il fevralın 14-də Çitada anadan olub.

  • Atası - Ordu Komandanı İeronim Petroviç Uboreviç, 1937-ci ildə Mixail Tuxaçevski, İona Yakir və Avqust Kork ilə birlikdə "Qırmızı Orduda hərbi-faşist sui-qəsdi" iddiası əsasında qondarma ittihamlar verilməklə güllələnib. Ona 1957-ci ildə bəraət verilib.
  • Anası - Nina Vladimirovna Uboreviç, "Vətənə xain ailəsinin üzvü" kimi həbs edilərək 1941-ci ildə "antisovet təşviqatına" görə güllələnib. Ona da 1957-ci ildə bəraət verilib.

1930-cu ildə Uboreviç ailəsi Moskvaya köçərək müvəqqəti olaraq Kremldə atasının dostu Anastas Mikoyanın mənzilində yaşayıb. Moskvada yaşayan zaman ailə digər hərbçi ailələri ilə sıx əlaqə saxlayırlar. Marşal və generallar olan Mixail Tuxaçevski, İona Yakir, Avqust Korkla yanaşı həmçinin yazıçı Mixail Bulqakov, Liliya Briki və digər şəxslər daima onların evlərinə qonaq gəlirlər. Vladimira Uboreviç Moskvada məktəbdə və Qnesin adına Musiqi Kollecində təhsil alır.

Atasının həbsindən sonra Mira anası ilə Həştərxana sürgün olunur. Orada onlar atasının güllələnməsi xəbərini alırlar. Xalq düşməninin həyat yoldaşı kimi anası da həbs edilərək düşərgələrə göndərilir. Anası sürgün edildikdən sonra o, 1937-ci ildən 1941-ci ilə kimi Nijneysetski uşaq evinə yerləşdirilib.[2] Hətta dayəsi Mariya Spiridonovna Bolotskayanın Miranı övladlığa götürmək üçün uşaq evinə gəlməsi də ona kömək etməyib. Dövlət orqanları Miranın övladlığa götürülməsi müraciətinə imtina cavabı veriblər.[3]

1941-ci ildə Mira orta məktəbi bitirib attestatını alır. Böyük Vətən müharibəsinin başlanan zaman o, məktəb kitabxanasında işləyir. Vladimira Uboreviç 1942-ci ilin yayında Moskva Memarlıq İnstitutuna daxil olub. 1942-ci ildə təhsilini davam etdirmək üçün institutun evakuasiya edildiyi Daşkəndə köçüb. Orada Mira Yelena Bulqakova ilə tanış olub. Onun dəstəyi və köməyini alır. Anasının taleyi ilə bağlı sorğusuna hakimiyyət “yazışma hüququ olmadan 10 il müddətinə həbs cəzası alıb” (Anası 1941-ci il oktyabrın 16-da güllələnib) cavabını verib.

1943-cü ildə institutun evakuasiyadan qayıtması ilə əlaqədar Vladimira Uboreviç Moskvaya qayıdıb və yataqxanada yaşayaraq təhsilini davam etdirib.

1944-cü ildə o, “antisovet təşviqatı”nda ittiham edilərək düşərgəyə göndərilməklə beş il müddətinə azadlıqdan məhrum edilib. Uboreviç 1947-ci ildə amnistiyaya əsasən vaxtından əvvəl azad edilib. 11 sentyabr 1946-cı ildə Mariya adlı qızını dünyaya gətirib. Lakin 1949-cu ildə qızı meningitdən vəfat edib. Azad olunduqdan sonra Vorkutada yaşayıb. Vladimira Uboreviç 1955-ci ildə bəraət almağa müvəffəq olub. Bəraətdən sonra Uboreviç və repressiyaya uğrayan bəzi hərbi rəhbərlərin uşaqları fərdi pensiya (700 rubl) ilə təmin olunublar.

Vorkutada sonradan nigah bağladığı radioloq Oleq Borovski ilə tanış olub.[4] 1957-ci ildə atasının reabilitasiyasından sonra Vladimira Uboreviç Moskvaya qayıdaraq, Moskva İnşaat Mühəndisliyi İnstitutunun 2-ci kursuna qəbul olunur. 1962-ci ildə institutu bitirib və Tsentromaş Hərbi İnstitutunda (sonralar Soyuzmaşproekt) mühəndis-konstruktor kimi çalışıb. [5] В 1962 году окончила Bəraət aldıqdan sonra Vladimira Uboreviç daima Moskvada yaşayıb.

Mira Uboreviçin iki oğlu olub. Onların hər ikisi anaları kimi memardır. Böyük oğlu Vladimir (1950-ci il təvəllüdlü) həm də karikaturaçı kimi tanınır. Kiçik oğlu Boris (1959-cu il təvəllüdlü) isə Parisdə yaşayır.[6] Vladimiranın bir neçə nəvəsi və nəticəsi var. Vladimira Uboreviç 21 fevral 2020-ci ildə vəfat edib. O, Kuntsevo qəbiristanlığında dəfn olunub.

Xatirələri və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1968-ci ildə Vladimira Uboreviç dostu Yelena Sergeyevna Bulgakovanın (yazıçının həyat yoldaşı) xahişi ilə həbs və düşərgələrdə qalma təcrübəsini bir neçə məktubda təsvir edib. Onun yazdığı əvvəlcə parçalar, sonra isə tam şəkildə dərc olunub.[7] Orijinal məktublar hazırda Bulqakov muzeyində saxlanılır.[8]

Vladimira Uboreviç uşaqlıq illərindən tanıdığı Vladimir Mayakovskinin varisi Lilya Brik ilə onun ömrünün sonuna qədər məktəb mübadiləsi aparıb.[9]

28-31 yanvar 2013-cü il tarixlərində “Rossiya K” telekanalında Vladimir Meletinin “Mira. Ordu komandiri Uboreviçin qızı" ("Zamanın şahidləri" bölməsində) sənədli filminin premyerası keçirilib.[10] .

  1. Уборевич В. И. 14 писем Елене Сергеевне Булгаковой. М.: Время. 2008. ISBN 5969103438.
  2. Татьяна Полянская. "Социально опасные малолетки: Как советская власть боролась с детьми изменников Родины". lenta.ru (rus). 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-24.
  3. Уборевич Владимира Иеронимовна  (р.1924) Arxivləşdirilib 2018-08-21 at the Wayback Machine//
  4. Наталья Казаковцева. "Кто и зачем приезжает к памятным местам ГУЛАГа". tass.ru (rus). 2021-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-24.
  5. Боровский О.Б. Рентген строгого режима. – М. : Время, 2009.
  6. "Работы художника В. Уборевича-Боровского". fantlab.ru (rus). 2021-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-24.
  7. Уборевич В. И. Из писем // Печальная пристань / сост. Кузнецов И. Л. - Сыктывкар : Коми кн. изд-во, 1991. - С. 308 - 316.
  8. "Скрытый утюг и шляпа, которой нет. Пять историй из Музея Михаила Булгакова". mos.ru. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-24.
  9. Валюженич, 2015
  10. Соколова, О. М. Интеллектуальная биография в культурном пространстве общей памяти / О. М. Соколова // Cultural Memory = Культурная память = Културна меморија : сonference Proceedings, (Skopje, 5-7 September 2013). - Skopje, 2015. - С. 147-152.
  • Frierson C. A., Vilenskiĭ S. S. Children of the Gulag. – Yale University Press, 2010.
  • Соколова, О. М. Интеллектуальная биография в культурном пространстве общей памяти / О. М. Соколова // Cultural Memory = Культурная память = Културна меморија : сonference Proceedings, (Skopje, 5-7 September 2013). - Skopje, 2015. - С. 147-152.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]