Vermaxtın Polşaya hücumu (1939)

Vermaxtın Polşa kampaniyası və ya Polşanın işğalı (polyak tarixşünaslığında "Sentyabr kampaniyası" kimi də tanınır) — 1939-cü ilin sentyabr-oktyabr aylarında polyak və alman qoşunları arasında baş vermiş və ikinci dünya müharibəsinin başlanmasına səbəb olmuş hərbi əməliyyatlar.

Vermaxtın Polşa kampaniyası
İkinci dünya müharibəsi
Polşa piyadalarının marşı
Tarix 1 sentyabr6 oktyabr 1939
Yeri Polşa, Dansiq azad şəhəri
Nəticəsi Polşanın məğlubiyyəti, Üçüncü Reyxin qələbəsi
Münaqişə tərəfləri

Üçüncü Reyx

Polşa

Komandan(lar)

Adolf Hitler
Herman Görinq
Valter fon Brauxiç
Frans Qalder
Fyodor fon Bok
Gerd fon Rundştedt
Erix Reder

Edvard Rıdz-Smiqlı
Vaslav Staxeviç
Frantişek Dombrovski

Tərəflərin qüvvəsi

56 diviziya

39 diviziya

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nasist AlmaniyasıSlovakiya silahlı qüvvələrinin hücumu Polşa silahlı qüvvələrinin məğlubiyyəti ilə nəticələndi və Qərbi Polşanın ərazisi işğal olundu.

Nasist Almaniyasının Polşaya hücum əməliyyatı 1939-cu ilin aprel-iyun aylarında hazırlanmış “Vays” planına (“Ağ plan”) əsaslanırdı.[1] Plan müharibə elan etmədən, Almaniyanın FransaBenilüks ölkələri ilə sərhədlərində yerləşdirilmiş qoşunların zəiflədilməsi hesabına maksimum qüvvə ilə sürətli hücum əməliyyatlarının başladılmasını nəzərdə tuturdu. Alman qoşunlarının Polşa ərazisinə qəfil girməsi Polşa ordusunun mütəşəkkil səfərbərliyini və vahid cəbhədə birləşməsini əngəlləməli idi.[1]

Alman qoşunları Polşaya üç istiqamətdə hücum etməli idi: 1) Əsas zərbə Almaniyanın Polşa ilə olan qərb sərhəddindən vurulmalı idi; 2) Şimaldan zərbə Qərbi Prussiya ərazisindən vurulmalı idi; 3) Alman və slovak müttəfiq qoşunları isə, Slovakiya ərazisindən zərbə vurulmalı idi. Hücumun hər üç istiqaməti Vislanın qərbində Polşa ordusunun mühasirəyə alınmasına və Varşavada məhv edilməsinə yönəlmişdi.[1]

1 sentyabr 1939-cu ildə, səhər saat 4:30-da, Almaniya Hərbi Hava Qüvvələri (“Lüftvaffe”) Polşanın hava limanlarına kütləvi zərbələr endirdilər, saat 4:45-də “Şlezviq-Holşteyn” zirehli gəmisinin Polşanın Dansiq şəhəri yaxınlığındakı Vesterplatte hərbi-dəniz bazasına atəş açması ilə Vesterplattenin yeddi günlük müdafiəsi (1-7 sentyabr 1939) başlandı.[1]

Sentyabrın 3-də Almaniyanın Polşaya hücumuna cavab olaraq, Böyük Britaniya və Fransa, Polşa ilə qarşılıqlı yardım haqqında razılaşmaya əsasən, Almaniyaya müharibə elan etdilər ki, bununla da 6 il davam edən İkinci Dünya müharibəsinin başlandı Müharibənin başlandığı tarix 1 sentyabr 1939 — Polşanın işğalı günü hesab olunur.[2]

17 sentyabrda Polşa hökuməti Rumıniyaya qaçdı. Elə həmin gün sovet qoşunları Qərbi Belarus və Qərbi Ukraynanı SSRİ-yə birləşdirmək məqsədilə Polşa ərazisinə girdilər.[3] 6 oktyabr 1939-cu ildə Polşa qoşunlarının son hissələri təslim oldu.

Təslim olduqdan sonra Polşa ərazisi Almaniya ilə Sovet İttifaqı arasında bölündü. Bəzi ərazilər LitvaSlovakiyaya verildi.

  1. 1 2 3 4 Balamirzə Məmmədli. Almaniyanın Polşaya hücumu və II dünya müharibəsinin başlanması / Türk Dünyası Gənc Tədqiqatçılar Dərnəyinin Araşdırmaları, №4(4) 2020, səh. 31-40. Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine
  2. Collier, Martin, and Pedley, Philip Germany 1919–45 (2000) p. 146
  3. Kitchen, Martin. A World in Flames: A Short History of the Second World War. Longman, 1990, p. 74. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine ISBN 978-0-582-03408-2 . Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine