Volfqanq Amadeus Motsartın heykəli — XVIII əsrdə Avstriyada yaşamış bəstəkar Volfqanq Amadeus Motsartın 2011-ci ildə Bakı şəhərində qoyulmuş heykəli. Heykəl 12 oktyabr 2011-ci ildə Bakı şəhərində qoyulub. Abidənin açılışında Azərbaycan prezidenti İlham Əliyev və Avstriya prezidenti Haynts Fişer iştirak edib. Heykəlin müəllifi Xalq rəssamı, heykəltaraş Natiq Əliyev və Əməkdar incəsənət xadimi, memar-rəssam Çingiz Fərzəliyevdir. Abidənin ətrafı abadlaşdırılıb, 2 min 300 kvadratmetr ərazidə bağ salınıb.[1][2][3]
Volfqanq Amadeus Motsartın heykəli | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraş | Natiq Əliyev |
Memar | Çingiz Fərzəliyev |
Tikilib | 12 oktyabr 2011 |