Volfqanq Amadey Motsartın heykəli (Bakı)

Volfqanq Amadeus Motsartın heykəliXVIII əsrdə Avstriyada yaşamış bəstəkar Volfqanq Amadeus Motsartın 2011-ci ildə Bakı şəhərində qoyulmuş heykəli. Heykəl 12 oktyabr 2011-ci ildə Bakı şəhərində qoyulub. Abidənin açılışında Azərbaycan prezidenti İlham Əliyev və Avstriya prezidenti Haynts Fişer iştirak edib. Heykəlin müəllifi Xalq rəssamı, heykəltaraş Natiq ƏliyevƏməkdar incəsənət xadimi, memar-rəssam Çingiz Fərzəliyevdir. Abidənin ətrafı abadlaşdırılıb, 2 min 300 kvadratmetr ərazidə bağ salınıb.[1][2][3]

Volfqanq Amadeus Motsartın heykəli
Heykəlin fotoşəkli (2018)
Heykəlin fotoşəkli (2018)
Ölkə  Azərbaycan
Yerləşir Bakı
Heykəltaraş Natiq Əliyev
Memar Çingiz Fərzəliyev
Tikilib 12 oktyabr 2011
  1. "Speech by Ilham Aliyev at the ceremony to unveil a statue of brilliant composer Wolfgang Mozart" (ing. ). president.az. 12 oktyabr 2011. 29 may 2019 tarixində arxivləşdirilib.
  2. "Azerbaijan, Austria Presidents inaugurate monument to Mozart" (ing. ). trend.az. 13 oktyabr 2011. 29 may 2019 tarixində arxivləşdirilib.
  3. "Azərbaycan-Avstriya mədəni əməkdaşlığı genişlənir". medeniyyet.az. 14 oktyabr 2011. 29 may 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]