Volqa-Don 2

Volqa-Don 2 (Volqa-Don 2 kanalı) — Volqaqrad su anbarından (Volqa çayından) Don çayına suyun ötürülməsi üçün təyin edilmiş İrriqasiya kanalı layihəsi.

Volqa-Don 2 kanalı
Axdığı yerlər Yerzovka qəsəbəsi və Qraçi və Panşinodan qərbə olan ərazilər

Kanalın əsas tikinti məqsədi Volqa-Don gəmiçilik kanalının funsionallaşdırılmasında don sularının xərclərini kompensasiya etməyin zəruriliyi olub. Cənubi Volqaqraddan başlayan mövcud Volqa-Don gəmiçilik kanalından fərqli olaraq Volqa-Don 2 Yerzovka qəsəbəsindən başlamalı və Qraçi və Panşinodan qərbə doğru hərəkət edirdi. Tikinti 1980-ci illərdə başlayıb və ölkənin iqtisadi vəziyyətinin pisləşməsi ilə bağlı olaraq 1990-cı ildə dayandırılıb. "Kommersant-Vlast" jurnalının məlumatına görə tikintinin smetasının qiyməti 279, 7 milyon rubl olub, lakin onun konservasiyası vaxtı müxtəlif mənbələrə görə bu məbləğ 130-dan 141, 7 milyon rubla qədər olub. Dəyərləndirməyə görə işlər dayandırılana qədər kanalın 20%-i tikilib başa çatdırılmışdır[1].

Kanalın tikilən hissəsi kosmosdan 48°56′47″ şm. e. 44°37′14″ ş. u.-da yaxşı görünür. KİV vasitələrinin məlumatlarına görə 2000-ci ildə tikinti işlərinin böyük hissəsi - beton plitələr, metal armaturlar və b. kanalın tikilən hissəsində dağıdılmışdı; şyuzlarından nə dəmir qapı, nə beton, hətta dəmir tellər belə qalmamışdır. 2000-ci ildə keçmişdə tikilən kanallardan Yerzovka kanalında hələ də qorunub saxlanılan hissələr vardı və Volqaqradda işləyirdi. Yerzovka ilə Volqaqrad arasındakı məsafə 20 km təşkil edir. [2]

2000-ci illərdə Volqa-Don 2 adı ( o cümlədən də Volqadon - 2) digər müzakirə olunan layihə ilə müqayisədə daha çox işlənirdi.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Xəzər dənizindən Qara dənizə» Arxivləşdirilib 2019-05-04 at the Wayback Machine. Müəllif: İvan Krımov, Moskva Dövlət Su Nəqliyyatı Akademiyasının baş müəllimi. «Marskiye vesti» (Dəniz xəbərləri), 2008-ci ildə dərc olunub.
  2. «Tikintisinə 750 milyon rubl xərclənmiş II Volqa-Don kanalının tikintisi 10 il əvvəl dayandırılmışdı» Arxivləşdirilib 2011-07-16 at the Wayback Machine (14 noyabr 2000-ci il)
  3. «Volqa-Don-2 yaxud "Avrasiya"?» Arxivləşdirilib 2012-09-13 at Archive.today Rusiya Dəmir Yolu-Əməkdaş, 30.07.2007