Uolter Reli (təq. 22 yanvar 1552[1][2] – 29 oktyabr (8 noyabr) 1618[3][4][…], London[5]) — ingilis İntibah ədəbiyyatının şairi və nasiri.
Volter Reli | |
---|---|
ing. Sir Walter Raleigh | |
Doğum tarixi | təq. 22 yanvar 1552[1][2] |
Vəfat tarixi | 29 oktyabr (8 noyabr) 1618[3][4][…] (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], şair, yazıçı, Cəngavər, siyasətçi, casus |
Vikianbarda əlaqəli mediafayllar |
O, Amerikada ilk müstəmləkə yaradanlardan biridir. İngilislərin Kadiksə(İspaniya)cəsarətli hücumunun iştirakçısı olub və "Məğlubedilməz armada"ilə vuruşmada iştirak edib. Din məsələlərində azadfikirliliyi ilə seçilib("Ruh" və "Skeptik" risalələri). Aralarında C.Çapmen, K.Marlo kimi, o dövrün görkəmli alimlərinin, zadəgan və yazıçılarının yer aldığı şəxslərin azadfikirlilər dərnəyinə rəhbərlik edib. Kraliça Yelizaveta ona iltifat göstərirdi, l Yakov onu Tauer həbsxanasına atdırmış və Raley 12 il ortada qalmışdı. 1618-ci ildə Amerikaya uğursuz ekspedisiyadan qayıdandan sonra kralın əmri ilə o edam edilmişdir.
"Gviyananın kəşfi"(" The Discovery of the large, rich and beautiful empire of Guiana, with a relation of the great and golden city of Manoa and of the provinces of Erucria", London, 1597) səyahət əsəri və "İngilis xalqının kəşfləri və dəniz səfərləri haqqında"adlı tədqiqat əsəri ilə ingilis nəsrini bir qədər də inkişaf etdirmişdir. U. Raleyin məşhur əsərlərindən biri də "Yalan"("The lie") şeiridir. Bu şeirində Raley tam mənasında azadfikirlilik nümayiş etdirərək, cəsarətlə saraya, kilsəyə münasibət bildirmişdir. O, canından çıxan ruhuna müraciətlə deyir: ...uç tez ol, İfşa et bu abırsız dünyanı. Saraya de ki, "Parlayaraq Par-par, çürüntü iyi verirsən". Kilsəyə de ki:"Sən -yalnız, Sözdə müqəddəssən".
Cəlil Nağıyev. Qərbi Avropa Ədəbiyyaı.