Voterton-Leyks Milli Parkı

Voterton-Leyks Milli Parkı (ing. Waterton Lakes National Park) — Kanadanın Alberta əyalətinin cənub-qərb küncündə yerləşən və ABŞ-nin Montana ştatında yerləşən Qleyşer Milli Parkı ilə həmsərhəd olan milli park. Milli park Kanadanın 4-cü milli parkıdır. 1895-ci ildə qurulmuş, adını isə Viktoriya dövrü təbiətşünas Çarlz Votertonun adı ilə adlandırılmış göllərdən almışdır. Voterton-Leyks Milli Parkının sahəsi 505 km2 olub, dağlıq və çöllük əraziləri əhatə edir.

Voterton-Leyks Milli Parkı
ing. Waterton Lakes National Park
Yuxarı Voterton gölü
Yuxarı Voterton gölü
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 505 km2[1]
Yaradılma tarixi 1895 (milli park)
1979 (biosfer qoruğu)
1995 (Dünya irsi)
Ziyarətçi sayı 2012/13[2]
İdarəetmə orqanı Kanada Parkları
Yerləşməsi
49°02′45″ şm. e. 113°54′55″ q. u.HGYO
Ölkə  Kanada
Vilayət Alberta
Yaxın şəhər Pinçer Krik
pc.gc.ca/fr/pn-np/ab/wat…
Voterton-Leyks Milli Parkı xəritədə
Voterton-Leyks Milli Parkı
Voterton-Leyks Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Voterton-Leyks Milli Parkı Kanada Parkları tərəfindən idarə olunur. Milli park ilin bütün aylarında ziyarətə açıq olsa da, əsas turist mövsümü iyulavqust aylarıdır. Turistlər Voterton Park adlı bölgədə qalırlar. Milli park dəniz səviyyəsindən 1.290 metr yüksəklikdə, Voterton Park isə dəniz səviyyəsindən 2.910 metr yüksəkliyindəki Blekiston dağında yerləşir. Milli parkdan Kript Gölü cığırı keçir. 2012/13 mövsümündə milli parkı 402.542 nəfər ziyarət etmişdir.[2]

Milli park 2011-ci ildə "Milli Park Layihəsi" çərçivəsində Piter Linçin rejissoru olduğu qısa bir filmə mövzu olmuşdur.

ABŞ tok-şou aparıcısı Deyvid Letterman 24 iyun 2013-cü ildə verilişlərin birində bu milli parkı məsləhət görmüşdür. Melissa Makkarti ilə intervyusunda o "Montanadakı Qleyşer Milli Parkına getdikdə sən şimala doğru getməlisən və Voterton Gölü Milli Parkına çatacaqsan. Bura Qleyşer Milli Parkının davamıdır və son dərəcədə heyranedicidir." ifadələrindən istifadə etmişdir.[3]

1932-ci ildə Qleyşer və Voterton-Leyks Milli Parklarından ibarət Voterton-Qleyşer Beynəlxalq Sülh Parkı yaradılmışdır. Bu park Rotary International-ın adından Çarlz Artur Mander tərəfindən təşkil olunmuşdur. Milli parkda Kanadanın ən dərin gölləri olan Voterton gölləri və tarixi Uels Şahzadəsi oteli yerləşir.

1979-cu ildə Voterton və Qleyşer Milli Parkları dağları, gölləri, çöllükləri, bataqlıqları və digər ekosistemləri qorumaq məqsədi ilə Biosfer qoruğu elan edilmişdir. 1995-ci ildə Voterton-Qleyşer Beynəlxalq Sülh Parkı YUNESKO-nun Dünya irsi siyahısına düşmüşdür.[4][5]

  1. Sitat səhvi: Yanlış <ref> teqi; 2011censusABmunis adlı istinad üçün mətn göstərilməyib
  2. 1 2 "Parks Canada Attendance 2007-08 to 2012-13" (PDF). Parks Canada. July 31, 2013. səh. 2. March 27, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2014.
  3. Canoe Travel News[ölü keçid] - Letterman calls Canadian national park 'stunning'.
  4. UNESCO Arxivləşdirilib 2006-10-09 at the Wayback Machine - Park description at UNESCO World Biosphere Reserve
  5. UNESCO Arxivləşdirilib 2017-09-23 at the Wayback Machine - Park description at UNESCO World Heritage

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]