Vsevolod Makaroviç İqnatovski (belar. Усевалад Макаравіч Ігнатоўскі;19 aprel 1881 – 4 fevral 1931, Minsk) — Belarus və Sovet ictimai və siyasi xadimi, alim, tarixçi. Belarus milli hərəkatının siması. BSSR Elmlər Akademiyasının (1928) və ÜmumUkrayna Elmlər Akademiyasının (1929) akademiki.
Vsevolod İqnatovski | |
---|---|
belar. Усевалад Макаравіч Ігнатоўскі | |
Doğum tarixi | 19 aprel 1881 |
Vəfat tarixi | 4 fevral 1931 (49 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | tarix |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Vsevolod İqnatovski 19 aprel 1881-ci ildə Qrodno quberniyasının Brest qəzasının Tokari kəndində (indiki Belarusun Brest vilayəti, Kamenetski rayonu) anadan olub.[1] Atası əvvəllər kənd müəllimi olsa da, sonralar keşiş kimi fəaliyyət göstərib.[2] Vilen ilahiyyat məktəbində, Mogilyov seminariyasında (1902-ci ilə qədər) təhsil almışdır. Sankt-Peterburq Dövlət Universitetinin tarix-filologiya fakültəsində təhsil alarkən Eserlərin Partiyasına daxil olmuş, inqilabi çıxışlarda iştirak etmişdi. Buna görə universitetdən qovulub vətəninə sürgün edilib. Bir qədər sonra geri dönsə də, lakin 1907-ci ildə Arxangelsk quberniyasına məcburi yaşamağa göndərilib.[2]
1911-ci ildə Yuryev (Tartu) Universitetini bitirib. 1914–1921-ci illərdə Minsk Pedaqoji İnstitutunun müəllimi, pedaqoji şurasının rəhbəri işləyib. Birinci Dünya müharibəsi illərində o, görünür, hökumətə sadiq idi, çünki hətta 1915-ci ildə üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilib.[3]
1915-ci ildə Yaroslavlda o, 1917-ci ilin mayında Belarus sosialist icmasında (BSİ) fəallıq göstərərək "Gənc Belarusiya" təşkilatına çevrilən "Bizim Torpaq" Sosialist İnqilabi istiqamətinin mədəni-maarif təşkilatını yaratdı.[4]
Fevral inqilabından sonra Yaroslavlda (sol eserlerin platformasında) Şura təşkil etdi. 1917-ci ildə BSİ-nin iyun konfransında Mərkəzi Komitəyə üzv seçildi. Parçalanmadan sonra BSİ Belarus Sosialist-İnqilab Partiyası Mərkəzi Komitəsinə "Gənc Belarusiya" muxtar təşkilatının nümayəndəsi kimi daxil oldu (1918).[4]
O, Belarus Xalq Respublikası Radasının liderlərinin almanpərəst siyasətindən narazı olduğu üçün onu dəstəkləmirdi. İqnatovski nə Qərbin köməyinə, nə də eserlərin eyni vaxtda həm polyaklar, həm də kommunistlərlə döyüşmək taktikasına inanmırdı.[5] 1919-cu ilin yanvarında İqnatovskinin təşəbbüsü ilə "Gənc Belarus" təşkilatı Belarus Sosialist İnqilabi partiyası ilə əlaqələri kəsdi. 1920-ci ilin yanvarında Sovet-Polşa müharibəsi zamanı "Gənc Belarus" əsasında o, Belarus Kommunist Təşkilatını (BKT) yaratdı. Onun rəhbəri kimi 31 iyul 1920-ci ildə "Belarus Sovet Sosialist Respublikasının elan edilməsi haqqında Bəyannamə"nin imzalanmasında iştirak etdi.[4]
İqnatovski 1920-ci il iyulun 16-dan SSRB Hərbi İnqilab Komitəsinin üzvü olub. İyul-avqust aylarında BKO RKP(b)-nin tərkibinə daxil oldu. 1920-ci ilin dekabrından BSSR Xalq Maarif Komissarı vəzifəsində çalışıb.
İqnatovskinin 1921-ci ilin yazında Saratov quberniyasında olarkən Antonovun üsyançıları tərəfindən əsir götürüldüyü barədə təsdiqlənməmiş məlumatlar var.
Riqa sülh müqaviləsi imzalanarkən Sovet nümayəndə heyətinin tərkibində iştirakdan imtina etdi. O, belaruslaşdırma siyasətində mühüm rol oynaylb. BSSR ərazisinin genişləndirilməsinin fəal tərəfdarı olub bəzi belarus mühacirlərinin öz vətənlərinə qayıtmalarına töhfə verib.[6]
1926-cı ildən Belarus Mədəniyyəti İnstitutunun rəhbəri, 1927-ci ildən Belarus Mədəniyyəti İnstitutunun ilk prezidenti, 1928-ci ilin dekabrından BSSR Elmlər Akademiyasının prezidenti, BSSR EA Tarix İnstitutunun direktoru olub.[1]
1930-cu ildə qondarma milli demokratiyaya qarşı aparılan kampaniya zamanı o, BSSR Elmlər Akademiyasının prezidenti vəzifəsindən azad edildi. "Qolçomaq agenti" kimi Siyasi İdarə tərəfindən dindirilməyə çağırılmış, partiyadan xaric edilmişdir (1931-ci ilin yanvarı[3]).
"Belarusun Azadlığı Uğrunda Birlik" işi çərçivəsində istintaq dindirmələri zamanı 1931-ci il fevralın 4-də özünü güllələdi.[3]).
Minskdəki hərbi qəbiristanlıqda dəfn edilib.[1]
V. M. İqnatovskinin adı Minskin küçələrindən birinə verilib.
Vsevolod İqnatovski Belarus tarixinin tədqiqi ilə məşğul olub. İqnatovskinin elmi əsərləri marksist-leninist metodologiyanı nəzərə alaraq belarus xalqının tarixinin milli konsepsiyasının formalaşması üçün əsas olub. Bu konsepsiya uzun müddət Belarus tarixinə dair dərsliyə çevrilən "Belarus tarixinin qısa təsviri" (1919) kitabında tam şəkildə açıqlanır. O, həmçinin Oktyabr inqilabının tarixini və Belarusda Sovet hakimiyyətinin ilk illərini tədqiq edib.[7]
Belarus tarixini 5 dövrə bölmək ideyasını irəli sürən İqnatovski olub:
Ümumilikdə İqnatovski 40-dan çox elmi və elmi-publisistik əsər, o cümlədən 8 monoqrafiya yazıb.[7] Sui qəsdin ertəsi günü Siyasi İdarənin əməkdaşları akademikin evinə gələrək onun arxivini müsadirə ediblər. Arxiv hələ də tapılmayıb. Ehtimal ki, Minskin almanlar tərəfindən işğalı zamanı arxiv itib. İqnatovskinin bəzi sənədləri (96 səhifəlik 5 əlyazma və 17 şəhadətnamə, 9–11 fevral 1931-ci ildə Moskvadan götürülüb) naməlum şəxs tərəfindən məsləkdaşı A. Staşevskinin (BSSR Daxili İşlər və Ədliyyə Xalq Komissarı) qızına verilmişdi. 2012-ci ildə Staşevskinin qızı tərəfindən həmin sənədlər Milli Tarix Muzeyinə təhvil verilib.[8]