Vyana İslam mərkəzi

Vyana İslam mərkəzi (Alman dili Islamisches Zentrum Wien)- Avstriyada ən böyük məsciddir. Vyanada Floridsdorf ərazisində yerləşmişdir.

Vyana İslam mərkəzi
alm. Islamisches Zentrum Wien
Vyana İslam mərkəzi
Xəritə
48°14′42″ şm. e. 16°23′51″ ş. u.
Ölkə Avstriya Avstriya
Status Ölkə əhəmiyyətli abidə
Şəhər Vyana
Yerləşir Vyana
Sifarişçi Feysal ibn Abdul-Əziz
Tikilmə tarixi 1977-1979
Üslubu islam memarlığı
Hündürlüyü 32 m
Sahəsi 8300
Günbəzləri 1
Rəsmi sayt izwien.at
Yalnış nişanlama
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Vyana İslam mərkəzi (Avstriya)
Vyana İslam mərkəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1969-cu ildə Vyananın islam icması 8300 m² torpaq sahəsini məscidin tikintisi üçün satın aldı. Maliyyə çətinlikləri ilə əlaqədar olaraq tikintinin başlanğıcı bir neçə dəfə təxirə salınmışdı. 1975-ci ildə Səudiyyə kralı Feysəl ibn Əbdüləziz Əl Səud məscidin tikintisi üçün maliyyə xərclərini öz öhdəsinə götürdü.[1]

Tikinti işləri 1 iyul 1977-ci ildə başlandı. 20 noyabr 1979-cu il Vyana İslam mərkəzi Avstriya prezidenti Rudolf Kirxşleqerom tərəfindən açılmışdı. Bu hadisə yerli kütləvi informasiya vasitələrlərində geniş işıqlandırılırdı.

Vyana İslam mərkəzinin minarəsi 32 metr hündürlüyə malikdir. Günbəzin hündürlüyü 16 metr, diametri isə 20 metrdir.[2]

2012-ci ildə imam Əli adına Vyana İslam mərkəzi islam ilahiyyatı sahəsində 120 ixsisas üzrə tələbələrin təhsil alması üçün "Al-Mostafa al-Alyamiye" cəmiyyətindən icazəni aldı. Beləliklə mərkəz həm də təhsil müəssisəsinə çevrildi.[3]

  1. "Islamic Center - Mosque". 2013-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-05.
  2. "Die Moschee". 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-17.
  3. "Разрешение на набор студентов в Венский исламский центр имени имама Али". Радио Ислам. 2013-10-13. 2012-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]