Web3D

Web3D, həmçinin 3D Webüçölçülü kompüter qrafikasından istifadə edərək vebsaytları göstərmək və gəzmək üçün texnologiyalar qrupu.

WebGL-dən əvvəl

[redaktə | mənbəni redaktə et]

Web3D-nin meydana çıxması 1994-cü ilə təsadüf edir. Bunun tarixi ümumdünya hörümçək torunda üçölçülü qrafik məlumatların saxlanması və görüntülənməsi üçün nəzərdə tutulmuş fayl formatı olan VRML-nin meydana çıxması ilə başlayır.[1] 1995-ci ilin oktyabrında İnternet Dünyasında Şablon Qrafik Proqramı "Netscape Communications" tərəfindən "Netscape 2.0"ın beta versiyası üçün 3D/VRML plaginini nümayiş etdirmişdir.[2]

2000–2010-cu illər arasında bu plaginlərdən biri olan "Adobe Flash Player" masaüstü kompüterlərdə geniş şəkildə quraşdırılmış və interaktiv veb səhifələri və onlayn oyunları göstərmək, video və audio məzmunu oynamaq üçün istifadə edilmişdir.[3]

Nəhayət, "Abobe", "Flash player" və AIR məhsulları üçün GPU sürətləndirici ilə interaktiv üçölçülü qrafika təqdim etmək üçün "Stage3D" API-ni inkişaf etdirmişdir.[4] Bu, sonradan proqram təminatçıları tərəfindən qəbul edilmişdir.[5][6]

2009-cu ildə "Google" tərəfindən "O3D" adlı açıq mənbəli üçölçülü veb texnologiyası təqdim edilmişdir. Bu, həmçinin brauzer plaginini tələb edirdi, lakin "Flash/Stage3D"dən fərqli olaraq "JavaScript" API-yə əsaslanırdı. "O3D" təkcə oyunlar üçün deyil, həm də reklamlar, 3D model izləyiciləri, məhsul demoları, simulyasiyalar, mühəndis proqramları, nəzarət və monitorinq sistemləri və kütləvi onlayn virtual dünyalar üçün nəzərdə tutulmuşdur.[7]

WebGL ("Veb Qrafik Kitabxanası"nın qısaldılmışı) Vladimir Vukiçeviç tərəfindən "Mozilla Foundation"da başladılan "Canvas 3D" təcrübələrindən ortaya çıxdı. Vukiçeviç ilk dəfə 2006-cı ildə "Canvas 3D" prototipini nümayiş etdirdi. 2007-ci ilin sonunda həm "Mozilla",[8] həm də "Opera"[9] öz ayrı-ayrı tətbiqlərini yaratmışdı.

2009-cu ilin əvvəlində "Khronos Group" qeyri-kommersiya texnologiya konsorsiumu "Apple", "Google", "Mozilla", "Opera" və başqalarının ilkin iştirakı ilə "WebGL" İşçi Qrupunu işə salmışdır.[10] "WebGL" spesifikasiyasının 1.0 versiyası 2011-ci ilin martında buraxılmışdır.[11]

Yeni texnologiyanın əsas üstünlükləri arasında veb standartlarına uyğunluq və heç bir brauzer plaginindən istifadə etmədən yerli 3D performansı daxildir.[12] "WebGL" "OpenGL ES"ə əsaslandığı üçün o, heç bir əlavə abstraksiya qatı olmadan mobil cihazlarda işləyir. Digər platformalar üçün "WebGL" tətbiqləri "OpenGL ES" zənglərini "DirectX", "OpenGL" və ya "Vulkan" API zənglərinə çevirmək üçün ANGLE-dan istifadə edir.[13]

Əsas "WebGL" çərçivələri arasında virtual reallıq təcrübələrini qurmaq üçün HTML əsaslı işarələmədən istifadə edən "A-Frame",[14] brauzer oyunları yaratmaq üçün xüsusi buludda yaradılmış yaratma platforması ilə yanaşı açıq mənbə mühərriki "PlayCanvas",[15] 2000-ci illərin əvvəlindən demossen yaratmaq üçün istifadə edilən MIT lisenziyalı çərçivə "Three.js",[16] 5-ci versiyada "WebGL" bek-end əldə edən "Unity"[17] və 3D veb məzmunu yaratmaq üçün "Blender", "3ds Max" və "Maya" ilə inteqrasiya edilmiş "Verge3D" var. [18]

"WebGPU" sürətləndirilmiş qrafika və hesablama üçün potensial veb standartı və "JavaScript" API üçün iş adıdır. Bu, "müasir üçölçülü qrafika və hesablama imkanlarını" təmin etmək məqsədi daşıyır. O, W3C "Veb üçün GPU" İcma Qrupu tərəfindən "Apple", "Mozilla", "Microsoft" və "Google" mühəndisləri ilə birlikdə hazırlanmışdır.[19]

"WebGPU"nun heç bir mövcud 3D API-yə əsaslanmaması və şeyderlər üçün "Rust"a bənzər sintaksisdən istifadə etməsi planlaşdırılır.[20]

  1. Dave Raggett. "Extending WWW to support Platform Independent Virtual Reality". 1994. 22 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2023.
  2. First 3D/VRML Plug-in for Netscape 2.0 shown by TGS; TGS extends leadership in Internet 3D products and technology. AllBusiness.com. 30 Oct 1995. Last accessed 26 Dec 2011.
  3. Looking back at the best Flash sites of 2009 Arxivləşdirilib 18 oktyabr 2015 at the Wayback Machine, Adobe Developer Connection, 14 December 2009
  4. "3D game development for Flash and video games". 2020-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  5. "Adobe Flash 11 adopts Unreal Engine 3 for better browser games | The Verge". theverge.com. 7 October 2011. 2017-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  6. Keith Gladstien. Flash Game Development In a Social, Mobile and 3D World. Cengage Learning. 2013. 383–421. ISBN 978-1-4354-6021-8.
  7. O3D Project Page Arxivləşdirilib 2016-04-08 at the Wayback Machine from Google Code
  8. "Canvas 3D: GL power, web-style". Blog.vlad1.com. 2011-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-14.
  9. "Taking the canvas to another dimension". My.opera.com. 2007-11-26. 2007-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-14.
  10. "WebGL – OpenGL ES 2.0 for the Web". Khronos.org. 2012-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  11. "Khronos Releases Final WebGL 1.0 Specification". 3 March 2011. 2016-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  12. "WebGL Fundamentals". HTML5 Rocks. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  13. "ANGLE – Almost Native Graphics Layer Engine". 2019. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  14. "A-Frame". A-Frame. 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  15. "GDC 2014: Mozilla and partners prove Web is the platform for gaming". blog.mozilla.org. 18 March 2014. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  16. NVScene. "NVScene 2015 Session: Reinventing The Wheel – One Last Time (Ricardo Cabello)". YouTube. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  17. Robertson, Adi. "Unity officially releases its new game engine: Unity 5". The Verge. 3 March 2015. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  18. Thacker, Jim. "Soft8Soft ships Verge3D 3.7". CG Channel. 2021-05-28. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  19. "GPU for the Web Community Group". w3.org. 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  20. "From GLSL to WGSL: the future of shaders on the Web". 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.