Virtual icma, həmçinin internet-icma, virtual cəmiyyət və ya internet-cəmiyyət — qarşılıqlı maraq və ya məqsədləri həyata keçirmək üçün potensial olaraq coğrafi və siyasi sərhədləri keçən, spesifik sosial media vasitəsilə əlaqə quran fərdlərin sosial şəbəkəsi. Ən geniş yayılmış virtual icmalardan bəziləri sosial şəbəkə xidmətləri altında fəaliyyət göstərən onlayn icmalardır.
Hovard Reynqold 1993-cü ildə nəşr olunan "The Virtual Community" kitabında virtual icmalardan bəhs etmişdir. Kitabın müzakirəsi Reynqoldun "The WELL"dəki sərgüzəştlərindən, kompüter vasitəçiliyi ilə kommunikasiyadan, sosial qruplardan və informasiya elmindən ibarətdir. İstinad edilən texnologiyalara "Usenet", MUD-lər və onların törəmələri MUSH və MOO, "Internet Relay Chat" (IRC), çat otaqları və elektron poçt siyahıları daxildir. Reynqoldun həmçinin virtual icmaya mənsub olmağın şəxsi psixoloji rifah, eləcə də bütövlükdə cəmiyyət üçün potensial faydalarını qeyd edir. Eyni zamanda, işə cəlb edilməsinin virtual təcrübə icmalarına müsbət təsir etdiyini göstərmişdir.[1]
Virtual icmaların hamısı qarşılıqlı əlaqəni təşviq edir, bəzən xüsusi bir maraq ətrafında və ya sadəcə ünsiyyət qurmaq üçün fokuslanır. Bəzi virtual icmalar hər ikisini edir. İcma üzvlərinə müxtəlif vasitələrlə ortaq bir həvəs üzərindən qarşılıqlı əlaqəyə icazə verilir: mesaj lövhələri, çat otaqları, sosial şəbəkələrümumdünya hörümçək torunun saytları və ya virtual dünyalar.[2] Üzvlər adətən icma dünyasına bağlanır, hər gün bütün gün saytlara daxil olur və çıxır, bu, şübhəsiz ki, asılılığa çevrilə bilər.[3]
İcmanın ənənəvi tərifi coğrafi cəhətdən (məhəllələr, kəndlər və s.) məhdud olan varlıqdır. Virtual icmalar adətən coğrafi baxımdan səpələnmiş halda olur və buna görə də ilkin tərifə uyğun olaraq icma hesab olunmurlar. Bəzi onlayn icmalar coğrafi olaraq əlaqələndirilir və icma veb saytları kimi tanınır. Bununla belə, əgər icmaların üzvlər və üzv olmayanlar arasında müəyyən sərhədlərə malik olduğu nəzərə alındığında virtual icma həqiqi bir icma sayılır.[4] Virtual icmalar yad insanlar arasında dəstək, məlumat, dostluq və qəbuletmə baxımından real həyatdakı icmalara bənzəyir.[5]
Virtual icmalar haqqında ən təsirli hissələrdən biri bir neçə media platforması və ya şəbəkəsi vasitəsilə ünsiyyət qurmaq imkanıdır. İndiki dövrdə virtual icmalar mövcud olduğuna görə, bu, virtual icmalardan əvvəl tətbiq edilən poçt xidmətləri, faks maşınları və hətta telefonla danışmaq kimi fəaliyyətlərdən istifadə edilmişdir. Mediaya əsaslanan icmaların mövcud olmağına dair ilk araşdırmalar virtual reallığın təbiəti, icmaların media vasitəsilə həqiqətən mövcud olub-olmaması ilə bağlı idi. Bu, virtual icma üzrə tədqiqatları sosiologiyadaontologiyanın tərifinə daxil edirdi. XVII əsrdə London Kral Cəmiyyəti ilə əlaqəsi olan alimlər məktub mübadiləsi yolu ilə bir icma yaratmışdılar.[4] 1963-cü ildə şəhərsalmaçı Melvin Vebber tərəfindən icad edilən "azad edilmiş icma" və 1979-cu ildə Berri Vellman tərəfindən təhlil edilən "yaxınlığı olmayan icma" qeyri-lokal icma haqqında düşüncənin müasir dövrünü başlatmışdır.[4] Həmçinin, Benedikt Andersonun 1983-cü ildə "Təsəvvür edilən icmalar" adlı əsərində ümummilli qəzetlər kimi müxtəlif texnologiyaların erkən milli dövlətlər arasında milli və regional şüurun inkişafına necə töhfə verdiyi təsvir edilmişdir.[6] Nəzəriyyələrini Andersonun "Təsəvvür edilən icmalar" əsəri üzərində quran bəzi müəlliflər bu konsepsiyanı tənqid etmiş, bütün icmaların ünsiyyətə əsaslandığını və virtual-real dixotomiyasının dağıldığını iddia etmiş, nəticədə "virtual" sözünü problemli, hətta köhnəlmiş hesab etmişlər.[7]
Farmer, F. R. (1993). "Social Dimensions of Habitat's Citizenry." Virtual Realities: An Anthology of Industry and Culture, C. Loeffler, ed., Gijutsu Hyoron Sha, Tokyo, Japan
Hafner, K. 2001. The WELL: A Story of Love, Death and Real Life in the Seminal Online Community Carroll & Graf Publishers (ISBN0-7867-0846-8)
Hagel, J. & Armstrong, A. (1997). Net Gain: Expanding Markets through Virtual Communities. Boston: Harvard Business School Press (ISBN0-87584-759-5)
Jones, G. Ravid; Rafaeli, S."Information Overload and the Message Dynamics of Online Interaction Spaces: A Theoretical Model and Empirical Exploration". Information Systems Research. 15 (2). 2004: 194–210. CiteSeerX10.1.1.127.6976. doi:10.1287/isre.1040.0023.
Kim, A.J. (2000). Community Building on the Web: Secret Strategies for Successful Online Communities. London: Addison Wesley (ISBN0-201-87484-9)
Kollock, Peter. 1999. "The Economies of Online Cooperation: Gifts and Public Goods in Cyberspace," in Communities in Cyberspace. Marc Smith and Peter Kollock (editors). London: Routledge.
Kosorukoff, A. & Goldberg, D. E. (2002) Genetic algorithm as a form of organization, Proceedings of Genetic and Evolutionary Computation Conference, GECCO-2002, pp 965–972.
Leimeister, J. M.; Sidiras, P.; Krcmar, H. (2006). "Exploring Success Factors of Virtual Communities: The Perspectives of Members and Operators". Journal of Organizational Computing & Electronic Commerce (JoCEC): 16 (3&4), 277–298.
Naone, Erica, "Who Owns Your Friends?: Social-networking sites are fighting over control of users' personal information.", MIT Technology Review, July/August 2008
Parsell, Mitch. "Pernicious virtual communities: Identity, polarisation and the Web 2.0". Ethics and Information Technology. 10. 2008: 41–56. doi:10.1007/s10676-008-9153-y.
Preece, J. (2000). Online Communities: Supporting Sociability, Designing Usability. Chichester: John Wiley & Sons Ltd. (ISBN0-471-80599-8)
Prodnik, Jernej (2012). "Post-Fordist Communities and Cyberspace, A Critical Approach". In H. Breslow and A. Mousoutzanis (eds.), Cybercultures: Mediations of Community, Culture, Politics. Rodopi: Amsterdam, New York. 75–100. İstifadə tarixi: 2 February 2013.
Rheingold, H. (2000). The Virtual Community: Homesteading on the Electronic Frontier. London: MIT Press. (ISBN0-262-68121-8)
Rosenkranz, C., Feddersen, C. (2010). "?". Managing viable virtual communities: an exploratory case study and explanatory model. International Journal of Web Based Communities. 2017-12-14. səh. Volume 6, Number 1 5–14. 2013-01-03 tarixində orijinalından arxivləşdirilib.
Trier, M. (2007) Virtual Knowledge Communities – IT-supported Visualization and Analysis. Saarbrücken, Germany: VDM Verlag Dr. Müller. (ISBN3-8364-1540-2).
Urstadt, Bryant, "Social Networking Is Not a Business: Web 2.0—the dream of the user-built, user-centered, user-run Internet—has delivered on just about every promise except profit. Will its most prominent example, social networking, ever make any money?", MIT Technology Review, July/August 2008