WordPress (WP və ya WordPress.org) pulsuz və açıq mənbəli məzmun idarəetmə sistemidir (CMS-Content Management System / Məzmun İdarəetmə Sistemi). Hipermətn preprosessor dilində yazılmışdır[5] və dəstəklənən HTTPS ilə MySQL və ya MariaDB verilənlər bazası ilə qoşalaşmışdır.
Tətbiq sahəsi bloqlardan kifayət qədər mürəkkəb xəbər resurslarına qədərdir. Daxili "mövzular" və "pluginlər" sistemi uğurlu arxitektura ilə birlikdə geniş funksional mürəkkəb layihələrini tərtib etməyə imkan verir.
Kökləri və inkişafı 2001ə qədər uzanır.[6]
İstifadədə olan ən populyar məzmun idarəetmə sistemlərindən biri olan WordPress 2021-ci ilin oktyabrına olan ən yaxşı 10 milyon vebsaytın 42,8%-i tərəfindən istifadə edilir.[7][8]
WordPress güclü bir fərdi yayım platformasıdır və internetdə bir nümayişçi olaraq istifadəçinin təcrübəsini mümkün olduğu qədər cazibədar hala gətirmək üçün nəzərdə tutulmuş xüsusiyyətlər ilə işləyir. Azadca paylaşma, standart, sürətli, yüngül və fərdi rejimdə və tamamilə istənilən xüsusiyyətlərə görə dəyişdirilə bilən bir yayım platforması təqdim edir. Bunun yanında hər istifadəçi öz ehtiyacları istiqamətində mövzular çıxarıb istifadə edə bilməkdədir. Bu sahədə WordPress, rəqiblərinə görə olduqca müvəffəqiyyətli və zəngindir. WordPressin ən böyük xüsusiyyətlərindən biri də, çox yaxşı və geniş əhatəli dokümentasyona və olduqca sıxlıq və şəxslərin hər cür problem və suallarına cavab tapa biləcəyi forumlarının tapılmasıdır.