Ruby on Rails — çox vaxt qısaca Rails, Ruby proqramlaşdırma dilində yazılmış açıq kodlu veb tətbiqlər yaratma çərçivəsidir (framework). Ruby on Railsin ilk versiyası 2004-cü ildə istifadəyə verilmişdi, sonuncu versiyası 3.2 2012-ci ilin Yanvar ayında istifadəyə buraxılıb. Digər veb çərçivələr kimi Ruby on Rails də Model/View/Controller arxitekturasından istifadə edir. Ruby on Rails çox zaman RubyGems paket idarəedicisini istifadə etməklə qurulur. Ruby on Rails ilk əvvəllər veb servislər üçün SOAP istifadə edirdi, sonralar bu RESTful veb servislərlə əvəz edildi.
Ruby on Rails | |
---|---|
Repozitoriya | github.com/rails/rails |
Proqramlaşdırma dili | Ruby[1] |
Yayımlanma tarixi | 13 dekabr 2005 |
Sonuncu versiya |
|
Sayt | rubyonrails.org |
Vikianbarda əlaqəli mediafayllar |