Xıdır Bəylərov

Bəylərov Xıdır İbrahim oğlu (fevral 1926, Hoçaz, Laçın rayonu15 iyun 2011, Bakı) — Laçın rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini (1962–1964), Laçın rayon Soveti İcraiyyə Komitəsinin sədri (1965–1969), Laçın rayon Xalq Marifi şöbəsinin müdiri (1969–1976), Plan Komitəsinin sədri (1976–1987)

Xıdır Bəylərov
Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1965 – 1969
ƏvvəlkiMuradxan Cabbarov
SonrakıÜmid Allahverdiyev
Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini
1962 – 1964
Şəxsi məlumatlar
Doğum tarixi fevral 1926
Doğum yeri
Vəfat tarixi 15 iyun 2011(2011-06-15) (85 yaşında)
Vəfat yeri
Təhsili
Uşağı

Xıdır Bəylərov fevral 1926-cı ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. müharibə illərində orta məktəbi və pedaqoji kursu bitirdikdən sonra 1943–1944-cü illərdə Mişni və Hoçaz kənd 7 illik orta məktəbində müəllim işləmiş, 1944-cü ildən 1950-ci illərin əvvəllərinə kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

Ali təhsillidir Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ordudan tərxis olunduqdan sonra Laçın rayon partiya komitəsində təlimatçı, sonra isə rayon soveti icraiyyə komitəsində katib işləmişdir.

1953–1956-cı illərdə Ali partiya məktəbinin müdavimi olmuş, təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra Laçın rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri, 1958-ci ildən 1962-ci ilə qədər "Laçın" qəzetinin, sonra isə Laçın, Qubadlı, Zəngilan rayonları üzrə Azərbaycan SSR Mərkəzi Partiya Komitəsinin "Kənd həyatı" qəzetinin redaktoru işləmişdir. 1962–1964-cü illərdə Laçın rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1965–1969-cu illərdə isə Laçın rayon Soveti İcraiyyə Komitəsinin sədri işləmişdir.

1969–1976-cı illərdə Laçın rayon Xalq Marifi şöbəsinin müdiri, 1976–1987-ci illərdə Plan Komitəsinin sədri, eyni zamanda rayon icraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. 1987–2000-ci illərdə Əhalinin Sosial Müdafiə mərkəzi adlanan rayon İctimai Təminat Şöbəsinin müdiri olmuşdur.

Xıdır Bəylərov müxtəlif illərdə fəaliyyətinə görə orden və medallarla təltif edilmişdir.[1]

  • "Yurd həsrəti"
  • "Dağlar, a dağlar"
  • "İnsan vətənsiz olmaz"
  • "Qəlbimin harayı"
  • "Ömür yollarım"
  1. "Laçın" qəzeti, 16 mart 2011 ci il.