İlqar Bəylərov

İlqar Xıdır oğlu Bəylərov — azərbaycanlı memar, Azərbaycan Respublikasının əməkdar memarı,[1] Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin katibi,[2] "IBA GROUP" memarlıq şirkətinin baş direktoru.[2]

İlqar Bəylərov
Şəxsi məlumatlar
Doğum tarixi 31 iyul 1961(1961-07-31) (62 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Xıdır Bəylərov
İşləri və nailiyyətləri
Mükafatları "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı — 2012
"Şöhrət" ordeni — 2017

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İlqar Xıdır oğlu Bəylərov 31 iyul 1961-ci ildə Laçın şəhərində anadan olmuşdur.[3]

1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri institutunu bitirmişdir. 1983–1988-ci illərdə Bakı Baş Tikinti İdarəsində, sonra SSRİ Elmlər Akademiyasında işləmişdir.[3]

1993–1998-ci illərdə "Asia Plus", 1998–2012-ci illərdə "ATTİLA KM"də direktor vəzifəsində çalışmışdır. Hal-hazırda "İBA GROUP LLC" memarlıq şirkətinin direktorudur.

İlqar Bəylərovun layihələri əsasında Bakıda "Debüt Bank"ın inzibatı binası, "Altes Park", "Altes Plaza", "Sun City" və bir çox başqa çoxmərtəbəli yaşayış evləri, Qazax, Bərdə, Zaqatala, Gəncə, Tovuz, Dəvəçi, Xızı, Daşkəsən, Yevlax, Ağcabədi rayonlarında müalicə-diaqnostika mərkəzləri, o cümlədən xəstəxanalar, sağlamlıq kompleksləri və reabilitasiya mərkəzləri tikilmişdir.

İlqar Bəylərov, 2008-ci ildə "Ustad Memar" sertifikatına, 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı fəxri adına layiq görülmüşdür.

1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.

2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin katibidir.

20 dekabr 2017-ci ildə Azərbaycanda memarlığın inkişafında xidmətinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.[4]

22 fevral 2017 Beynəlxalq Memarlıq Akademiyasının professorudur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə "Əməkdar memar" fəxri adının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (az.). 1 oktyabr 2012. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fev 2022.
  2. 1 2 "İlqar Xıdır oğlu Bəylərov". uaa.az (az.). Azərbaycan Memarlar İttifaqı. 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fev 2022.
  3. 1 2 "İlqar Xıdır oğlu Bəylərov" (PDF). azmiu.edu.az (az.). Azərbaycan Memarlıq və İnşaat Universiteti. 21 fevral 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 fev 2022.
  4. "Prezidentin "Şöhrət" ordeni verdiyi şəxslər kimdir?". Axar.az (az.). 19 dekabr 2017. 21 fev 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fev 2022.