Xıdır Həsən oğlu Mustafayev (27 mart 1905, Gözəldərə, Aleksandropol qəzası – 21 may 1975, Bakı) — Sovet İttifaqı Qəhrəmanı.[1][2]
Xıdır Mustafayev | |
---|---|
Mustafayev Xıdır Həsən oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 mart 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 21 may 1975 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Rütbəsi | polkovnik |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri |
|
Xıdır Mustafayev 1905-ci ildə Ermənistanın Kirovokan rayonunun Gözəldərə (Xancığaz) kəndində anadan olmuşdur. 1937-ci ildə Kirovokan RHK-dan orduya çağırılmışdır.
1937-1941-ciillərdə əsgərlik dostu Xankişi Şükür oğlu İsmayılovla birlikdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil almışdır. Müharibənin ilk günlərində motoatıcı batalyonun komandiri olmuşdur. Stalinqrad, Kiyev, Jitomir, Kazatin, Berdiçev, Prokursov, Ternopol uğrunda aparılan döyüşlərdə iştirak etmişdir.
1943-cü ilin payızında Ukrayna paytaxtı Kiyevin azad edilməsi uğrunda döyüşlərdə tankçılar batalyonun komandiri mayor Xıdır Mustafayev xüsusilə fərqlənmişdir.
1943-cü ilin noyabrın 5-dən 6-na keçən gecə Xıdır Mustafayev zərbəçi tank batalyonuna komandir təyin edilir. Komandırın təklifi ilə qurulan strateji plana uyğun olaraq batalyonun qarşısına gözlənilmədən düşmənin arxasına keçib Kiyevdən 70 kilometr aralıda yerləşən Fastov şəhərini tutmaq vəzifəsi qoyulmuşdur. Ayın 6-sı axşam Mustafayevin tankçıları şəhərə daxil olaraq dəmiryol vağzalını ələ keçirdilər. 5 saata yaxın davam edən küçə döyüşləri nəticəsində sovet tankçıları alman qarnizonunu darmadağın edərək Fastov şəhərini onlardan tamamilə təmizlədi. Düşmən döyüş meydanında 64 zenit topu, 43 tank, 16 eşalon, 40 min tona yaxın yanacaq, 5 parovoz və 40 silah ambarını qoyaraq, qaçdı.
1945-ci ildə Bakıya gəlir, bir müddət İçəri şəhərdə yerləşən Bakı Şəhəri Hərbi Kamendaturasına rəhbərlik etmiş, sonra mülki işə keçmiş, Azərbaycan SSR Abtomobil Nəqliyyatı Nazorliyində şöbə rəisi, 1 nömrəli Bakı Taksomator Parkının direktoru vəzifələrində şalışmışdır.
Xıdır Mustafayev 21 may 1976-cı ildə 71 yaşında Bakıda vəfat etmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
2 Lenin ordeni, Qırmızı Ulduz Ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.
Fastov uğrunda döyüşlərə müdrikliklə komandanlıq etdiyinə və döyüş meydanında qəhrəmanlığı ilə fərqləndiyinə görə SSRİ Ali Sovetinin 1944-cü il 10 yanvar tarixli əmri ilə Xıdır Həsən oğlu Mustafayevə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.