Xınalıq kurqanları

Xınalıq kurqanlarıXınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Xınalıq kəndinə aid ərazisində aşkarlanmış kurqanlar.

Xınalıq kurqanları 2011-ci ilin iyul ayında Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Xınalıq kəndinə aid ərazisində aşkarlanmışdır. Burada aşkarlanan iri kurqanların sayı 5 ədəddir. Bu iri kurqanların e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya institutunun əməkdaşı Qəhrəman Ağayev və institutun digər əməkdaşları Xınalıq kəndinə ezam olunub və əraziyə baxış keçiriblər. "Kurqanların qədim Tunc dövrünə, e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Kurqanlardan birini sel suları yuduğundan onun üst hissəsi dağılıb" deyə Qəhrəman Ağayev bildirmişdir. Onun sözlərinə görə, kurqanların tədqiqindən sonra Xınalıq kəndilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Arxeoloq kurqanlar tapılan ərazidə tezliklə arxeoloji qazıntıların aparılacağını bildirib.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]