Xınalıq tarix-etnoqrafiya muzeyi

Xınalıq tarix-etnoqrafiya muzeyi2001-ci ildə Azərbaycan Respublikası, Quba rayonunun Xınalıq kəndində yaradılmış muzey.

Xınalıq tarix-etnoqrafiya muzeyi
Xəritə
Əsası qoyulub 2001
Mövzu tarix, arxeologiya, etnoqrafiya
Ölkə
Yerləşir Azərbaycan, Quba
Muzeyə yetişmək Xınalıq
41°10′39″ şm. e. 48°07′41″ ş. u.HGYO
Muzeyin girişindəki lövhə.

Xınalıqın köklü və nəcib ailələrindən gələn Xəlilrəhman Cabbarovun rəhbərliyi altında yerli əhalinin köməyi ilə kəndə qurduqları muzeydə çox maraqlı əsərlər nümayiş etdirilir. Xınalığın qədim dövrlərindən qalmış arxeoloji və etnoqrafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr və daha bir çox əşyalar Xınalığa gələnlərə burada vaxtı ilə mövcud olmuş yüksək bir mədəniyyətdən xəbər verir. 160 kvadratmetrlik iki zaldan ibarət olan bu muzey, sanki "Muzey içərisində muzey"dir.

Muzeydə diqqət çəkən ən önəmli bölmə əlyazma kitabların olduğu hissədir. XV əsrdən XX əsrin əvvəllərinə qədər tarixləşən bu kitablar sovet dövrünün qorxusundan damlarda, qəbirlərdə saxlanılmış və müstəqillik dövründə ortaya çıxarılmış qiymətli əlyazma əsərlərdir. Burada olan kitablardan aydın olur ki, kəndin keçmişi elmlə sıx bağlı olub, vaxtı ilə Xınalığın mühüm bir elmi mərkəz olduğundan xəbər verir. Tarix, dil, məntiq, riyaziyyat, təbabət kimi elmlərə aid olanlar ilə birlikdə fiqh, kəlam, təfsir, hədis kimi dini elmlərlə əlaqəli yüksək səviyyəli kitabların varlığı bunu sübut edir. Bu qiymətli əsərlərin tədqiq edilərək kataloqunun hazırlanması ve nadir nüsxələrin surətlərinin çıxarılması təcili görülməli işlərdir.

Kənd ağsaqqallarının deyiminə görə bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən çox sayda kitablar gətirilirmiş.