Xədim Əbdürrəhman Paşa

Xədim Əbdürrəhman Paşa (ö. aprel 1653) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Xədim Əbdürrəhman Paşa
ƏvvəlkiTarhuncu Əhməd Paşa
SonrakıHasəki Mehmed Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı imperiyası

Həyatı[redaktə | mənbəni redaktə et]

Doğum tarixi haqqında məlumat yoxdur. Saray xədimlərindən olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək qapıağası oldu. 1649-cu ilin iyulunda vəzir rütbəsiylə İstanbul boğazının mühafizəsi ilə vəzifələndirildi. 1650-ci ilin dekabrında Anadolu, 1651-ci ilin fevralında isə Misir bəylərbəyi təyin edildi. Ancaq 9 sentyabr 1652-ci ildə vəzifədən alınaraq paytaxta çağırıldı və divan vəziri oldu. 1653-cü ilin aprelində vəfat etdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Sicill-i Osmani I, səh. 111