Xədim Əhməd Paşa (ö. 6 noyabr 1613) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Xədim Əhməd Paşa | |
---|---|
osman. خادم حافظ احمد پاشا | |
Əvvəlki | Dəftərdar Üveys Paşa |
Sonrakı | Qurd Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Fəaliyyəti | siyasətçi |
Doğum tarixi haqqında məlumat yoxdur. Saray xədimlərindən olub, əslən albandır. Saraydakı tədrisatını və təhsilini tamamlamasının ardından Kipr bəylərbəyi olaraq saraydan ayrıldı. Daha sonra 1590-cı ilin sentyabrında vəzir rütbəsilə Misir bəylərbəyi təyin edildi. 1595-ci ildə burdan Bosniyaya təyin edildi. Ancaq 1597-ci ildə girdiyi bir çatışmada məğlub olduğu üçün vəzifədən alındı. Daha sonra paytaxta çağırılaraq vəzir oldu və 1599-cu ildə sədarət naibliyinə gətirildi. 10 ay sonra bu vəzifəsindən də azad olundu və Anadolunun mühafizəsi ilə vəzifələndirildi. 1603-cü ildə bilinməyən səbəblə Yeddiqüllə zindanlarına həbs olundu. 1604-cü ilin iyununda yenidən sədarət naibi oldu. Ardından 1607-ci ildə həccə getdi və ardından təqaüdə ayrıldı. 6 noyabr 1613-cü ildə İstanbulda vəfat etdi.