Xəmsə (oyun)

Xəmsə — 2007-ci ildə Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunu.

Xəmsə Milli İntellektual Oyunu
Xəmsə
Janr Bilik yarışması
İstehsalçı Azərbaycan Azərbaycan
Aparıcı Tural Dadaşov
İstehsalçı ölkə Azərbaycan
Dil Azərbaycan dili

Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunmuşdur. 2007-ci ilin yayından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur.

2014-cü ilin sonuna müxtəlif yaş qrupları — məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "Xəmsə" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə? Harada? Nə zaman? oyunu üzrə Dünya çempionatında da nümayiş olunmuşdur.

2018-ci il noyabrın 6-dan etibarən televeriliş şəklində ikinci dəfə Azərbaycan Televiziyasında yayımlanıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]