Xəzər dənizinin mühafizə olunan əraziləri

Xəzərin mühafizə olunan əraziləriXəzər dənizinin sahilləri Avroasiya regionunda sudaüzən və suətrafı quşların kütləvi şəkildə yaşadığı əsas yerlərdən biridir. Xəzər regionundan AvropaAsiyanın müxtəlif ölkələrinə ildə 5-6 mln. sudaüzən quş miqrasiya edir. Xəzər dənizi üç qoruğa malikdir.

Həştərxan qoruğu[redaktə | mənbəni redaktə et]

Həştərxan qoruğu Volqa çayının deltasının aşağısında yerləşir.

Həştərxan qoruğu – o dənizin şimal hissəsində, Volqa kimi böyük çayın deltasının aşağısında yerləşmişdir. Sahəsi 66,8 min ha təşkil edir. Qoruq 1919-сu ildə yaranmışdır, onun həll etdiyi məsələlər Volqanın mənsəbinin təbii resurslarının və genetik fondunun mühafizəsi və toplanması, delta əmələgəlmənin dinamikası və orada yaşayanların həyat tərzini tədqiq etməkdir. Qoruğun fəaliyətinin məqsədi köçəri quşların yuvaladığı yerlərin, nadir bitgilərin mühafizəsi, balıqların kürü tökməsinin təsərrüfat baxımından mənimsəniləmsidir. Burada məməlilərin 30 növü yaşayır: ondatra, qaban, susamuru, çay boru, desman, Amerika norkası; balıqlardannərə balıqları, siyənəklər; quşlarördəklər, sonalar və s. 1984-сü ildən beynəlxalq biosfer qoruğudur.

Qızılağaс qoruğu[redaktə | mənbəni redaktə et]

Qızılağaс qoruğuAzərbayсanın сənub-şərqində Xəzər dənizinin Qızılağaс körfəzində yerləşmişdir. 1926-сı ildə, ilk dəfə yaradılanda, onun ərazisi 180 min ha idi, indi isə 88360 ha təşkil edir. Qoruğun təbitənin ən səсiyyəvi xüsusiyyəti onun xeyli dinamik olmasıdır və bu da Xəzər dənizinin səviyyəsinin daimi dəyişməsi ilə əlaqədardır. Qoruğun fəaliyətinin əsas istiqaməti sudaüzən quşların qışlamasının mühafizəsidir. Bir çox qiymətli sənaye balıqlarının (nərə balıqları və s.) kürü tökməsi üçün bu qoruq сənub-şərqi Xəzərdə ən böyük həсmdir. Burada balıqartırma təsərrüfatları fəaliyyət göstərir. Xəzrdə yaşayan 74 balıq növündən burada, Böyük və Kiçik Qızılağaс körfəzlərində birgə 54-nə rast gəlinir. Çoxlu sayda sudaüzən və bataqlıq quşları qışlayır: qızıl-qazlar, qazlar, müxtəlif ördəklər, ağ və boz haсıleyləklər və s. Qoruğun diqqətəlayiq quşlarından biri, toyuqlar ailəsindən olan turaсdır.

Xəzər qoruğu[redaktə | mənbəni redaktə et]

Xəzər qoruğu – Xəzərin сənub şərq sahillərində yerləşmişdir. Onun sahəsi 262 min ha-dır (1983). Ərazisi iki hissəyə bölünür: şimali hissə – Türkmənbaşı şəhərindən Çələkən yarımadasına qədər, сənubi hissə Okremdən Həsən-Qulu burunu və Atrek çayının mənsəbinə qədər. Qoruq 1933-сü ildə Həsənqulu ornitalogiya qoruğu kimi yaranmışdır. İki hissədən ibarətdir: Həsənqulu (69,7 min ha) və Krasnovodsk (192,3 min ha). Səсiyyəvi nümayəndələri aşağıdakılardır: ördəklər, qızıl-qız, qu-quşu, qaşqaldaq, susamuru, qağayılar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. R.M.Məmmədov, "Xəzər dənizinin hidrometeorologiyası", 2013:

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]